Amerika qadınları türk kişilərin etdiklərini təkrarladı (VİDEO)

Posted July 13th, 2011 at 12:06 am (UTC-4)
Leave a comment

Qadınlar arasında futbol üzrə dünya çempionatı çərçivəsində bazar günü Braziliya ilə Amerika Birləşmiş Ştatları arasında keçirilən 1/4 final oyunu qeyri-adiliyi ilə yadda qalıb. Oyunda hesabi braziliyalıların öz qapılarına vurduğu qol sayəsində amerikalılar açıb. Ancaq matçı ikinci hissəsinin əvvəllərində ABŞ komandası azlıqda qalıb. Bundan istifadə edən braziliyalılar tezliklə bərabərliyi bərpa edib və 90 dəqiqə 1-1 hesabı ilə başa çatıb. 10 nəfərlə oynayan amerikalı xanımlar penaltilərə bu hesabı qoruyub saxlaya bilməyiblər, belə ki, əlavə vaxtda rəqib fərqlənə bilib. Ancaq azlıqda olmasına baxmayaraq matçın 120-ci dəqiqəsinə əlavə olunmuş 2-ci dəqiqədə Abby Wambach fərqlənərək bərabərliyi bərpa etməklə yanaşı, komandasının mənəvi qələbəsinin əsasını qoyub. Bundan sonra penaltilərdə fiziki qələbəni əldə etmək isə amerikalılar üçün elə də çətin olmayıb: 5-3. Vaxtından əvvəl final adlandırılan matçdan amerikalı xanımlar böyük əzmkarlıq göstərərək qalib ayrılıblar. (Yazı videodan sonra davam edir)

2008-ci ildə kişilər arasında keçirilən futbol üzrə Avropa çempionatında da Türkiyə yığması oxşar qələbə qazanmışdı. 90 dəqiqə ərzində hesab açılmayan Xorvatiya-Türkiyə matçın 119-ci dəqiqəsində xorvatlar hesabı açaraq yarım-finala çıxmağı 99 faiz təmin etmişdilər. Ancaq həmin çempionat keçirdiyi bütün oyunlarda əzmkarlığı nümayiş etdirən türklər bu oyunda da inanılmazı reallığa çevirdilər. 121-ci dəqiqədə bərabərlik qoluna Səmih Şəntürk imza ataraq ölkəsinin milli komandasına tarixində ilk dəfə yarım-final həyacanı yaşatmışdı və Türkiyə Avropa Çempionatının bürünc medallarına layiq görülmüşdü.

Quarter Finals: Croatia 1 Turkey 1 – Semih… by broadbandsports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin