Showing Archived Posts

  • Page 1 of 2
  • 1
  • 2
  • >

Türkiyə – B.Britaniya (CANLI – BASKETBOL)

Posted August 31st, 2011 at 10:57 am (UTC-4)
Leave a comment

Basketbol üzrə Avropa Çempionatının ilk oyununda Portuqaliya yığmasına qalib gələn türklər bu gün daha iddialı Böyük Britaniya komandası ilə qarşılaşır. Matçı CANLI izləyirik.

Posted in Basketbol, CANLI

Barcelona və Real M. arasında hər iki oyunun VİDEOsu

Posted August 18th, 2011 at 10:07 am (UTC-4)
Leave a comment

2011-ci ilin İspaniya Super kubokunu Barselona klubu qazanıb. Final oyununda Barselona Madrid Realı ilə qarşılaşıb İlk oyun 2-2 hesabı ilə bərabərə başa çatsa da, dünən keçirilən cavab oyununda Barselona əzəli rəqibini məğlub edə bilib. Realın qollarını K.Ronaldo və K.Benzema, Kataloniya təmsilçisinin qollarını isə A.İniesta və L.Messi(2) vurub. Matçın xülasəsinə aşağıdakı videoda baxın: Komandalar arasında keçirilən […]

Posted in Futbol, Videolar

Barselonanın oyununu *CANLI* izləyin!

Posted August 17th, 2011 at 3:28 pm (UTC-4)
Leave a comment

İspaniya Superkubokunun cavab oyununu canlı izləyirik. Siz də izləyin. Barcelona – Real Madrid CANLI CANLI

Posted in CANLI, Futbol

Çempionlar Liqası *CANLI*CANLI*

Posted August 17th, 2011 at 3:06 pm (UTC-4)
Leave a comment

Çempionlar Liqası play-off mərhələsinin ilk oyunlarını aşağıdakı linklərdən CANLI izləyin: Bavariya 1 – 0  Zürix CANLI Dinamo Zaqreb 3 – 1 Malmö CANLI Makkabi Hayfa 2 – 1 Racing Genk CANLI OB Odense 1 – 0 Villareal CANLI Visla Krakov 1 – 0 Apoel Nikosia CANLI

“Yelkənsiz” qalan Yelkən Federasiyası

Posted August 16th, 2011 at 9:50 am (UTC-4)
Leave a comment

Bu yaxınlarda Azərbaycan Yelkən İdmanı Federasiyasının vitse-prezidenti Nuru Axundov tutduğu vəzifədən istefa verib. Maraqlıdır ki, bu haqda lent.az-a məlumat verən cənab Axundov işsiz qalmaq istəmədiyi üçün bu addımı atdığını bildirib. Vitse-prezidentin sözlərinə görə, federasiyada heç bir şərait olmadığından idmançıların hazırlığı aşağı səviyyədədir, yarışlar demək olar ki, keçirilmir. O hətta vaxtilə genişmiqyaslı fəaliyyət göstərən yaxta klubun […]

Posted in Genel

İsa Qəmbər: “Uşaqlıqda imkan tapan kimi futbol oynayardım” (FOTOLAR/AUDİO)

Posted August 12th, 2011 at 9:42 am (UTC-4)
Leave a comment

Amerikanın səsinin İdman bloqunda sizə yeni “Tanınmışların idman gündəliyi” rubrikasını təqdim edirik. Bu rubrikada sizə idmanla birbaşa əlaqəsi olmayan Azərbaycanın tanınmış insanlarının idmana olan marağından, idmanla bağlı keçmişindən, bugünündən söhbət açacağıq. Rubrikamızın ilk qonağı xüsusilə futbol matçlarında azarkeş oturacağında tez-tez görünən Musavat partiyasının başqanı İsa Qəmbərdir. İsa Qəmbər 1966-cı ildə Neftçi-Spartak oyunundan xatirələrindən tutmuş maraqlandığı […]

Azərbaycan 0 – 1 Makedoniya (VİDEO)

Posted August 10th, 2011 at 9:48 am (UTC-4)
Leave a comment

Avqustun 10-da Bakı vaxtı ilə 20:00-da futbol üzrə Azərbaycan milli yığma komandası makedoniyalı həmkarları ilə yoldaşlıq matçı keçirib. Oyunda Azərbaycan yığması çoxsaylı qol vəziyyətləri yaratsa da, onlardan yararlana bilməyib və rəqibin azsaylı hücumlarından birinin məntiqi sonluqla bitməsindən sonra matç 0-1 hesabı ilə başa çatıb. Oyunun təhlükəli anlarını izləyə bilərsiniz:

Okeanı fəth etməyə çalışan amerikalı üzgüçü qadın (VİDEO)

Posted August 8th, 2011 at 11:00 am (UTC-4)
Leave a comment

Amerikalı üzgüçü Dayana Nyad köpək balığı qoruyucusundan istifadə etmədən Kubanın Havana şəhəri ilə Florida arasındakı məsafəni üzən ilk qadın olmağa çalışır. Nyad 166 kilometrlik səfərinə bazar günü axşam Florida boğazlarından başlayıb. O, bu addımını ABŞ-la Kuba arasında ardan anlaşmanın simvolik anı adlandırıb. Marafon üzmənin 60 saat davam edəcəyi gözlənilir və bu, 61 yaşlı amerikalı üzgüçü […]

Qarabağın bu mövsüm Avropada son oyunu (VİDEO)

Posted August 5th, 2011 at 12:25 am (UTC-4)
Leave a comment

Qarabağ 1 – 0 Brügge Ağdam təmsilçisi gözəl oyun nümayiş etdirib qalib gəlsə də, növbəti mərhələyə adlaya bilmədi. Matçın təhlükəli anlarını və yeganı qolunu aşağıdakı videodan izləyin:

Posted in Genel

Qarabağ – Brügge oyununu CANLI izləyirik

Posted August 4th, 2011 at 12:35 pm (UTC-4)
Leave a comment

Ağdamın Qarabağ klubu Avropa Liqası III turu çərçivəsində Belçika təmsilçisi ilə cavab oyunu keçirir. Qarabağ ilk oyunda Brüggeye 4-1 hesabı ilə məğlub olmuşdu. Şanslar az olsa da ümidi bitməyənlər hələ də var. Oyunu CANLI Aşağıdakı linkdən izləyin. Qarabağ – Brügge CANLI CANLI CANLI

Posted in CANLI, Futbol
  • Page 1 of 2
  • 1
  • 2
  • >

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin