Avropa Basketbol Çempionatında Böyük Britaniyanın Polşaya qalib gəlməsi ilə 2-ci mərhələni təmin edən Türkiyə yığması bəlkə də çempionatın ən maraqlı matçında İspaniya yığması ilə qarşılaşırdı. Bu oyuna qədər İspaniya keçirdiyi 5 oyundan 100 faizlik nəticə ilə qrup lideri idi. Türkiyənin 12 dev adamı dünən Polşadan gözlənilməz məğlubiyyət alaraq tərəfdarlarını üzmüşdü. Ancaq 12 dev adam bu gün tamam fərqli bir oyun sərgilədi. Son perioda qədər heç cür hesabda önə keçə bilməyən Türkiyə bircə dəfə önə keçdi və bir də şansı əldən qaçırmadı. Oyunun sonuna 8 dəqiqə qalmış 49-57 hesabı ilə geridə olan 12 dev adam 16-0-lıq göstərici ilə matçı 65-57 hesabı ilə öz xeyrinə başa vurdu. Oyunun ən çox xal toplayan oyunçusu 18 basketlə Türkiyə millisinin oyunçusu Emir Preldziç oldu. Qarşı tərəfin ən ən güclüsü isə dünyanın ən məşhur basketbolçularından biri Pau Gasol (12 basket) idi. Türkiyə bu qalibiyyətlə azarkeşlərini yenidən ruhlandırdı.
12 dev adamın növbəti mərhələdə rəqibləri Serbiya, Fransa və Almaniya olacaq. Növbəti mərhələ də qrup oyunları şəklində keçiriləcək.
Older: Azərbaycan – Belçika ***CANLI*** | Newer: AZƏRBAYCAN Qazaxıstana qalib gəlməklə tarix yazdı (VİDEO) |
12 dev adamdan möhtəşəm qalibiyyət (Basketbol)
Posted September 5th, 2011 at 11:07 am (UTC-4)
Leave a comment
Older: Azərbaycan – Belçika ***CANLI*** | Newer: AZƏRBAYCAN Qazaxıstana qalib gəlməklə tarix yazdı (VİDEO) |