Milan – Barcelona ***CANLI***

Posted November 23rd, 2011 at 3:36 pm (UTC-4)
Leave a comment

Amerikanın səsinin Uzaqdan Zərbə idman blogu günün maraqlı oyunlarını CANLI yayımlamağa davam edir. Çempionlar Liqasının 5-ci turu çərçivəsində bu gün H qrupunda mübarizə aparan İtaliyanın Milan klubu ilə Kataloniya təmsilçisi Barcelona komandası qarşılaşır. Hər iki klubun artıq növbəti mərhələni çoxdan təmin etməsinə baxmayaraq, iki əzəli rəqib arasında görüşlər həmişə izləyicilərin marağına səbəb olur.
Hazırda H qrupunda Barcelona 10 xalla birinci yerdədir. Ondan iki xal geri qalan Milan isə ikinci yeri tutur. İzləyicilərin matça marağını nəzərə alaraq bu oyunu sizə CANLI təqdim edirik. Xatırladaq ki, sentyabrın 13-də Nou Campda baş tutmuş oyun 2-2 hesabı ilə bərabərə bitmişdi.

Milan – Barcelona
Link – 1
Link – 2
Link – 3
Link – 4
Link – 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin