Makkabi – Beşiktaş ***CANLI***

Posted December 1st, 2011 at 4:07 pm (UTC-4)
Leave a comment

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Türkiyənin Beşiktaş klubu İsraildə Makkabi Tel Aviv komandası ilə qarşılaşır. Beşiktaşın növbəti mərhələyə adlamasında bu oyunun mühüm rolu ola bilər. Belə ki, hazırda qrupda 6 xalla 2-ci yerdə olan Türkiyə təmsilçisi qrup liderindən 4 xal geri qalır. 3-ci yerdə olan Kiyev Dinamosu isə 5 xala malikdir. Makkabi Tel Aviv isə 1 xalla qrupda sonuncu yerdədir. Növbəti mərhələyə keçmək üçün klublara 1-ci və 2-ci yerləri tutmaq kifayət edir. Beşiktaşın isə II yerdə mövqeyini möhkəmləndirməsi üçün bu oyunda qalibiyyətə ehtiyacı var. Makkabi Tel Aviv – Beşiktaş oyununu sizə canlı təqdim edirik.

MAKKABİ TEL AVİV – BEŞİKTAŞ
CANLI – Link 1
CANLI – Link 2
CANLI – Link 3
CANLI – Link 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin