Azərbaycanlı Olimpiya medalçılarının mübarizə anları fotolarda

Posted August 19th, 2012 at 11:42 am (UTC-4)
Leave a comment

Azərbaycan Olimpiya Yığması XXX London Yay Olimpiya Oyunlarını 10 medalla 30-cu başa vurdu. İdman mütəxəssisləri bu nəticəsini Azərbaycan üçün böyük uğur hesab edir. Sizə Olimpiadada medal qazanan Azərbaycan idmançılarının əvvəlki titullarını təqdim edirik:

Toğrul Əsgərov – 2008-2009-cu illərdə yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi, 2010-cu ilin gənclər arasında keçirilən Avropa çempionatının qalibi və dünya ikincisi, Moskvada keçirilən böyüklərin dünya çempionatının gümüş mükafatçısıdır. 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmışdır.

Şərif Şərifov – 2009-cu ildə o, Dünya çempionatında bürünc medal qazanıb. Bir il sonra Avropa çempionatında 2-ci olan Şərifov 2011-ci ildə dünya çempionu tituluna yiyələnib. Həmin il həmçinin Avropa çempionatının bürünc, Bakıda keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin qızıl medalını qazanıb. Londona 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında qalib olmaqla lisenziya qazanan Şərif Olimpiadada Türkiyə, ABŞ, İran ve Puerto-Rika idmançılarını məğlub edərək Azərbaycana qızıl medal qazandırıb.

Rövşən Bayramov – İki qat Olimpiya ikincisi (2008; 2012). 2009-cu ildə Dünya çempionatında bürünc medal qazanıb. 2011-ci ildə isə o, dünya çempionu adına yıyələnib. Rövşən həmçinin ikiqat Avropa ikincisidir. O, 2008-ci ildə FİLA tərəfindən ilin ən güclü yunan-Roma güləşçisi adını qazanıb.

Mariya Stadnik – 2008-ci ildə Gənclər arasında Avropa çempionatında 1-ci olan qadın güləşçi eyni ildə Pekin Olimpiya Oyunlarında bürünc medal qazanıb. 2009-cu ildə dünya çempionu olan 2011-ci ildə bir pillə geriyələyərək ikinci oluv. O, üçqat Avropa çempionudur (2008: 2009: 2011). Londonda isə o, finalda məğlub olaraq gümüş medal qazanıb.

Valentin Xristov – 56 kq-da yarışan Xristov 2011-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatının bürünc medalçısıdır. O, 2012-ci ildə Türkiyənin Antalya şəhərində Avropa çempionu adına yiyələnib. Yeniyetmələr arasında dünya rekordçusu Londonda bürünc medalla kifayətlənib.

Məhəmmədrəsul Məcidov – 2011-ci ilin oktyabr ayında Bakı şəhərində keçirilən boks üzrə dünya çempionatında 91+ çəkidə qızıl medal alıb. 2012-ci il London Yay olimpiya oyunlarının bürünc mükafatçısı olub.

Teymur Məmmədov – 2011-ci il Dünya Çempionatında 91 kq çəki dərəcəsində gümüş medal qazanıb. Eyni ildə Avropa çempionu olan Teymur Londonda bürünc medalı aktivinə yazıb.

Emin Əhmədov – London Olimpiadasında bürünc medal qazanıb

Yuliya Ratkeviç – 2009-cu ildə Dünya Çempionu olan güləşçi bir il sonra ikinci yeri tutub. Yuliya həmçinin 2011-ci ilin Avropa Çempionudur. O da Londonda bürünc mükafatçı kimi fəxri kürsüyə çıxıb.

Xetaq Qazyumov – 2008-ci ilin Olimpiya üçüncüsü 2009-cu ildə Dünya ikincisi olub. Bir il sonra isə Xetaq Dünya Çempionatında qızıl medal qazanıb. London Olimpiadası onun üçün bürünc medalla yadda qalıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin