Azərbaycan Olimpiya Yığması XXX London Yay Olimpiya Oyunlarını 10 medalla 30-cu başa vurdu. İdman mütəxəssisləri bu nəticəsini Azərbaycan üçün böyük uğur hesab edir. Sizə Olimpiadada medal qazanan Azərbaycan idmançılarının əvvəlki titullarını təqdim edirik: Toğrul Əsgərov – 2008-2009-cu illərdə yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi, 2010-cu ilin gənclər arasında keçirilən Avropa çempionatının qalibi və dünya ikincisi, […]
Azərbaycanlı Olimpiya medalçılarının mübarizə anları fotolarda
Təbrizlilər çempionluğa doğru (VİDEO)
İran futbol çempionatında Təbriz şəhərini təmsil edən Traktor Sazi komandası güclü rəqibi Perspolis qarşısında böyük hesablı qələbə qazanaraq çempionlıq şanslarını saxlayıb. Belə ki, hazırda turnir cədvəlində II yerdə olan Traktor lider Sepahandan cəmi 3 xal geri qalır. 62 xala malik Təbriz klubundan sonra gələn komandanın (İstiqlal) 60 xalı var. Çempionatın sona çatmasına iki tur qalır. […]
Azərbaycanın 17 yaşlı futbolçularına ümid bəsləmək olarmı? (VİDEO)
Azərbaycanın 17 yaşınadək futbolçulardan ibarət yığma komandası Avropa Çempionatının ilkin seçmə mərhələsində ilk oyununa çıxıb. Rəqibi Xorvatiya millisini 2-1 hesabı ilə məğlub edən futbolçular, həm də yaxşı oyun nümayiş etdirərək azarkeşlərdə gələcəyə ümid yaradıb. Oktyabrın 27-də isə komanda Belçika yığması ilə qarşılaşacaq. Azərbaycan 17 yaşlı futbolçularına ümid bəsləmək olarmı? Sizcə bu, Azərbaycan futbolunun gələcəyinə müsbət […]
Neftçi 3-2 Qarabağ (Video)
Dünən Azərbaycan Premyerliqasının 1-ci turundan təxirə salınan bir oyun keçirilib. Qarabağın Avropa Liqasında təsnifat mərhələsindəki oyunlarına görə təxirə salınan Neftçi – Qarabağ matçı dünən baş tutub. Oyun gözlənildiyi kimi həddindən artıq maraqlı keçib. Qarabağın oyunun artıq 24-cü dəqiqəsində hesabı 2-0 öz xeyrinə etməsinə baxmayaraq, Neftçı öz oyununu taparaq 3 qol vurmağa müvəffəq olub. 3 qolla […]
Dünya reytinqinə düşən Azərbaycanın yeganə klubu (VİDEO)
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası dünyanın ən güclü klublarının reytinqini açıqlayıb. Dünyanın ən güclü 400 klubunu əks etdirən reytinqdə Azərbaycanın yalnız bir klubu yer alıb: Qarabağ futbol klubu. Klub 70.5 xalla digər üç komanda ilə 313-cü yeri bölüşür. Qarabağla bu yeri bölüşən digər klublar El Nacional Quito (Ekvador), Asociación Deportivo Cali (Kolumbiya) və Busan […]