Dünya reytinqinə düşən Azərbaycanın yeganə klubu (VİDEO)

Posted October 4th, 2011 at 11:06 am (UTC-4)
Leave a comment

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası dünyanın ən güclü klublarının reytinqini açıqlayıb.

Dünyanın ən güclü 400 klubunu əks etdirən reytinqdə Azərbaycanın yalnız bir klubu yer alıb: Qarabağ futbol klubu. Klub 70.5 xalla digər üç komanda ilə 313-cü yeri bölüşür. Qarabağla bu yeri bölüşən digər klublar El Nacional Quito (Ekvador), Asociación Deportivo Cali (Kolumbiya) və Busan I’Parkdır (Koreya Respublikası). Xatırladım ki, bu reytinq 2010-cu ilin oktyabrın 1-dən 2011-ci il sentyabrın 30-dək olan müddəti əhatə edir. Bundan əvvəlki reytinqdə isə Qarabağ klubu 308-ci yerdə qərarlaşmışdı. Qarabağın siyahıda geriləməsinə baxmayaraq

Dünyanın 400 ən güclü klubunun siyahısına Türkiyədən 6 klub daxil olub: Beşiktaş (86-cı yer), Trabzonspor (125), Gaziantepspor (175), Bursaspor (191), Fenerbahçe (222) və İstanbul Büyükşehir Belediyespor (283).

Reytinqin zirvəsində isə yenə də son bir neçə ildə göstərdiyi futbolla göz oxşayan Barselona klubudur. Barselonanın əzəli rəqibi Real Madrid isə 2-ci pillədədir. Qırmızı şeytanlar (Mançester Yunayted) 3-cü yerlərini möhkəmləndirib.

1. Barcelona (İspaniya)
2. Real Madrid (İspaniya)
3. Mançester Yunayted (İngiltərə)
4. Porto (Portuqaliya)
5. Şalke 04 (Almaniya)
6. Vélez Sarsfield (Argentina)
7. Bavariya (Almaniya)
8. İnter Milan (İtaliya)
9. Mançester Siti (İngiltərə)
10.
Universidad Católica Santiago (Çili)

 

Türkiyə – Fransa *CANLI* (Basketbol)

Posted September 7th, 2011 at 10:58 am (UTC-4)
Leave a comment

Avropa Basketbol Çempionatında növbəti mərhələyə adlayan Türkiyə millisi B qrupunun lideri Fransa ilə qarşılaşır. Matçı CANLI aşağıdakı linkdən izləyin.

TÜRKİYƏ – Fransa

CANLI
CANLI

Avstriya – Türkiyə *CANLI*

Posted September 6th, 2011 at 2:34 pm (UTC-4)
Leave a comment

Avro-2012 çərçivəsində bu gün Avstriya öz meydanında Türkiyə millisini qəbul edir. Türkiyə hazırda Almaniyadan sonra A qrupunda ikinci pillədədir. Türklər qələbə qazansa, qrupda ikinci yeri təmin etmək uğrunda vacib addım atmış olacaq. Qrupda heç bir komandanın 100 faizlik nəticə göstərmiş Almaniya millisini qabaqlamaq şansı yoxdur. Həmişə olduğuu kimi matçı CANLI yayımlayırıq!!!

Avstriya – TÜRKİYƏ

CANLI

CANLI

AZƏRBAYCAN Qazaxıstana qalib gəlməklə tarix yazdı (VİDEO)

Posted September 6th, 2011 at 10:53 am (UTC-4)
Leave a comment

Azərbaycanın futbol üzrə yığma komandası keçən həftənin cümə günü Avropa Çempionatı 2012 çərçivəsində keçirilən oyunda Belçika millisindən bir xal qoparandan sonra bu gün diqqətlər yenidən Azərbaycan yığmasına yönəlmişdi. Millinin bugünki rəqibi reytinq baxımından Belçikadan daha zəif rəqib idi. Azərbaycanın yer aldığı qrupun autsayderi olan Qazaxıstan yeganə 3 xalını Astanada Azərbaycanla keçirdiyi matçda qazanmışdı. Bu oyun Azərbaycan millisi üçün həm də bir revanş xarakteri daşıyır. Bununla yanaşı, Azərbaycan qələbə qazansaydı, tarixində ilk dəfə qrup mərhələsində 7 xal toplamış olacaqdı, oldu da! Bu həyəcanlı matçı stadiondan canlı izləyə bilməyənlər üçün Uzaqdan zərbə blogu yüksək keyfiyyətlə CANLI olaraq yayımlayırdı.
Matç Azərbaycan millisi üçün uğurlu başlamadı. Düzdü, oyunun 2-ci dəqiqəsində Mahir Şükürovun uzaqdan zərbəsi qapı tirinə tuş gəlsə də, bundan sonra rəqibin ardıcıl hücumları 20-ci dəqiqədə Azərbaycan millisinin qapısında qolla nəticələndi. S. Ostapenko hesabı açdı. Qoldan sonra Azərbaycan hesabı bərabərləşdirməyə çalışsa da, səyləri o qədər də kəsərli alınmadı və birinci hissə 1-0 hesabı ilə rəqibin xeyrinə başa çatdı.
İkinci hissədə isə meydana tamam fərqli bir Azərbaycan yığması çıxdı. Heyətdə ciddi bir dəyişiklik olmamışdı, amma komandanın oyununda ciddi kəsərlilik var idi. Bu, nəticə də verdi! 15 dəqiqəyə 3 qol! Mahir Şükürov – Rauf Əliyev kombinasiyası Belçika oyunundakı şəkildə eyni ilə təkrarlandı və 53-cü dəqiqədə Rauf Əliyevə baş zərbəsi ilə hesabı bərabərləşdirdi. 62-ci dəqiqədə Mahir Şükürov və 68-ci dəqiqədə Vaqif Cavadovun qolları ilə isə Azərbaycan yığması 2 top fərqi ilə üstünlük əldə etdi. Oyunda son nöqtəni isə uzaqdan möhtəşəm zərbəsi ilə V. Yevstigneev qoydu: 3-2.
Bu qalibiyyətlə Azərbaycan yığması iki rekordunu təzələdi: iki oyuna 4 xal və qrup mərhələsində 7 xal əldə etdi.
Azərbaycan növbəti oyununu yenə öz meydanında Avstriya komandasına qarşı keçirəcək.

12 dev adamdan möhtəşəm qalibiyyət (Basketbol)

Posted September 5th, 2011 at 11:07 am (UTC-4)
Leave a comment

Avropa Basketbol Çempionatında Böyük Britaniyanın Polşaya qalib gəlməsi ilə 2-ci mərhələni təmin edən Türkiyə yığması bəlkə də çempionatın ən maraqlı matçında İspaniya yığması ilə qarşılaşırdı. Bu oyuna qədər İspaniya keçirdiyi 5 oyundan 100 faizlik nəticə ilə qrup lideri idi. Türkiyənin 12 dev adamı dünən Polşadan gözlənilməz məğlubiyyət alaraq tərəfdarlarını üzmüşdü. Ancaq 12 dev adam bu gün tamam fərqli  bir oyun sərgilədi. Son perioda qədər heç cür hesabda önə keçə bilməyən Türkiyə bircə dəfə önə keçdi və bir də şansı əldən qaçırmadı. Oyunun sonuna 8 dəqiqə qalmış 49-57 hesabı ilə geridə olan 12 dev adam 16-0-lıq göstərici ilə matçı 65-57 hesabı ilə öz xeyrinə başa vurdu.   Oyunun ən çox xal toplayan oyunçusu 18 basketlə Türkiyə millisinin oyunçusu Emir Preldziç oldu. Qarşı tərəfin ən ən güclüsü isə dünyanın ən məşhur basketbolçularından biri Pau Gasol (12 basket) idi. Türkiyə bu qalibiyyətlə azarkeşlərini yenidən ruhlandırdı.
12 dev adamın növbəti mərhələdə rəqibləri Serbiya, Fransa və Almaniya olacaq. Növbəti mərhələ də qrup oyunları şəklində keçiriləcək.

Azərbaycan – Belçika ***CANLI***

Posted September 2nd, 2011 at 11:51 am (UTC-4)
Leave a comment

Azərbaycanın futbol üzrə yığma komandası Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Belçika yığmasını qəbul edir. Matçı yüksək keyfiyyətlə aşağıdakı linkdən izləyə bilərsiniz. Hesabın nece olacağına dair fikirlərinizi isə şərhlər bölmasində yazın.

AZƏRBAYCAN  – Belçika (Tofiq Bəhramov stadionu/Bakı)

CANLI

İngiltərə – Azərbaycan *CANLI* (U-21 futbol)

Posted September 1st, 2011 at 2:43 pm (UTC-4)
Leave a comment

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası Avropa Çempionatının təsnifat mərhələsində İngiltərə yığması ilə qarşılaşır. Matçın 4-cü dəqiqəsində ingilislər hesabı açıb. Sizə bu oyunu CANLI izləmək imkanı yaradırıq. Buyurun, Azərbaycan gənclərinin oyununu izləyin!

Watch live video from poke059 on www.justin.tv

Türkiyə – B.Britaniya (CANLI – BASKETBOL)

Posted August 31st, 2011 at 10:57 am (UTC-4)
Leave a comment

Basketbol üzrə Avropa Çempionatının ilk oyununda Portuqaliya yığmasına qalib gələn türklər bu gün daha iddialı Böyük Britaniya komandası ilə qarşılaşır. Matçı CANLI izləyirik.

Barcelona və Real M. arasında hər iki oyunun VİDEOsu

Posted August 18th, 2011 at 10:07 am (UTC-4)
Leave a comment

2011-ci ilin İspaniya Super kubokunu Barselona klubu qazanıb. Final oyununda Barselona Madrid Realı ilə qarşılaşıb İlk oyun 2-2 hesabı ilə bərabərə başa çatsa da, dünən keçirilən cavab oyununda Barselona əzəli rəqibini məğlub edə bilib. Realın qollarını K.Ronaldo və K.Benzema, Kataloniya təmsilçisinin qollarını isə A.İniesta və L.Messi(2) vurub. Matçın xülasəsinə aşağıdakı videoda baxın:

Komandalar arasında keçirilən ilk oyun isə 2-2 hesabı ilə başa çatmışdı:

Barselonanın oyununu *CANLI* izləyin!

Posted August 17th, 2011 at 3:28 pm (UTC-4)
Leave a comment

İspaniya Superkubokunun cavab oyununu canlı izləyirik. Siz də izləyin.

Barcelona – Real Madrid

CANLI

CANLI

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin