Qarabağın Brüggeyə vurduğu təsəlli QOLu! (VİDEO)

Posted July 29th, 2011 at 12:10 pm (UTC-4)
Leave a comment

Dünən Ağdamın Qarabağ klubu Belçikanın Brügge komandasına 4-1 hesabı ilə məğlub oldu. Qarabağın bu hesabdan sonra ikinci mərhələyə keçmək şansı çox az qiymətləndirilsə də, ümidlərini itirməyənlər də var. Bu məsələyə avqust ayının 4-də aydınlıq gələcək. Hələlik isə Belçikada keçirilən oyunun qollarını izləyək:

Brügge – QARABAĞ oyununu CANLI İZLƏYİN!

Posted July 28th, 2011 at 2:31 pm (UTC-4)
Leave a comment

BRÜGGE – QARAGAĞ
CANLI (Audio)
CANLI (Video)
CANLI (Yazılı)

UEFA: “Qarabağ” bu il daha böyük uğura ümid edir

Posted July 28th, 2011 at 12:20 am (UTC-4)
Leave a comment

Sabah Avropa Liqası III mərhələsi çərçivəsində Belçikada Brügge ilə Qarabağ arasında ilk oyun keçiriləcək. Oyundan öncə UEFA-nın vebsaytı Brüggenin Azərbaycan təmsilçisindən çəkinməsinə işarə edir.
Uefa.com-da dərc edilən məqalədə deyilir ki, Avropa göstəricilərinə görə, Brügge klubunun Qarabağ FK-dan qat-qat üstün olmasına baxmayaraq, püşkatmada onlar rəqiblərinin Azərbaycan təmsilçisi olduğunu görəndə gərginlik yaşayıblar. Vebsayt bunun səbəbini belə izah edir: “Son iki mövsümdür Qarabağ özündən qat-qat güclü komandalara başağrısı olub. 2009/2010-cu il sezonunda Rosenborqu sıradan çıxaran klub yalnız play-off mərhələsində Twenteyə 3-1 hesabı ilə məğlub oldu. Keçən il isə Vislanı devirən Qarabağı eyni mərhələdə Borussiya Dortmundu dayandırdı”.
UEFA manşetdə dərc etdiyi məqalədə yazır ki, bu dəfə onların rəqibinin 13 dəfə Belçika çempionu, Avropanın hər iki liqasının finalçısı olmuş klubun düşməsinə baxmayaraq, Qarabağ daha yaxşı nəticə göstərməyə çalışacaq. Yazıda klubun vitse-prezidenti Tahir Gözəlovdan sitat gətirilərək, azarkeşlərin Qarabağa inandığı və komandadan qələbə gözlədiyi deyilir: “Qrup mərhələsinə qatılmağın vaxtı çatıb. Bu, bizim başlıca məqsədimizdir”.
Vebsayt klubun yarımmüdafiəçisi Namiq Yusifovun Streymur üzərində qələbənin çətin əldə edilməsindən narahat olmadığı yazır. Onun sözlərinə görə, həmişə 10 nəfərlə müdafiə olunan komandaya qarşı oynamaq çətin olub və Qarabağ isə daha güclü rəqiblərə qarşı özünü yaxşı tərəfdən göstərməyi bacarır: “İnsanlar proqnoz verməyə tələsməməlidirlər”.
Qurban Qurbanov isə bildirib ki, komandanın başlıca məqsədi Belçikada qol vurmaqdır: “Bu bizim şanslarımızı artıracaq. Streymura qarşı oynadığımızdan daha yaxşı oyun nümayiş etdirəcəyimizə söz verirəm”.

P.S. Brügge-Qarabağ oyununu canlı izləmək istəsəniz oyun ərəfində blogumuzu izləyin. Bizi Facebook-da da izləməyi unutmayın!

“Qarabağ”ın qələbəsi bizə nə üçün lazımdır?(VİDEO)

Posted July 22nd, 2011 at 12:22 am (UTC-4)
Leave a comment

“Qarabağ” düzdü, son iki oyunda qələbə qazana bilməsə də, Avropa çempionatlarında yenə növbəti mərhələyə adlayan yeganə Azərbaycan klubu oldu. Bu ümumilikdə “Qarabağ”dan başqa Azərbaycanın heç bir klubu mərhələ keçə bilməyib. “Qarabağ” isə 4 oyunda 8 qol vurub və yalnız 1-i buraxıb və 3-cü mərhələyə adlayıb. Ancaq, bəziləri deyir ki, “Qarabağ”ın qələbələri onun bəxti ilə bağlıdır, belə ki, klubun bəxtinə çox asan rəqiblər düşüb. Amma . . .
Bəli, asanlıqla söyləmək olar ki, Avropada uğurlu (digər klublarımıza nisbətən) çıxış edən “Qarabağ”ın qələbəsi və ya qələbələri bizə Qarabağı, Azərbaycanı tanıtmaq, azarkeşləri sevindirmək, Avropada klublarımızın reytinq balının artması və s. üçün lazımdır, vacibdir!
. . . amma azərbaycanlı azarkeşlər bəzən (çox vaxt) hətta zəif, lap zəif rəqiblər üzərində qələbələrə də həsrət qalır. Belə məğlubiyyətlərə çox misal göstərmək olar, həm klublar, həm də milli timsalında. “Qarabağ” isə bu siyahıda istisna təşkil edir, daha doğrusu istisna təşkil edirdi. Unutmaq lazım deyil ki, hər qələbə azarkeşlərə mənəvi rahatlıq gətirir, ölkə futbolunun inkişafda olması barədə ən azında təsəlli verir. Qarabağın ən zəif rəqiblər üzərində böyük qələbələrinə sözün əsl mənasında böyük ehtiyac var. Çünki, bu azarkeşlər ölkə futbolunun qolvurma problemindən beziblər. Onların düşüncəsində artıq futbolçularımızın qol vura bilməyəcəyi düşüncəsi yaranıb, ümidləri heç zaman ölməsə də. Qarabağın son heç-heçələri də sözsüz minlərlə futbol azarkeşini üzdü, qolvurma tilsiminin hələ də qırılmadığı barədə narahatlığı bərpa etdi, baxmayaraq ki, bundan əvvəlki iki oyunda komanda 7 cavabsız qol vurmuşdu. Çünki növbəti rəqib bəhanəsiz klubdur – Brüggedir! Bu tilsimi qırmaq, mərhələ adlamaqdan daha vacibdir. Bunu son oyunda da gördük, “Qarabağ” III mərhələyə adladı, amma azarkeşlər qol görmədi. Bu isə onların sevincinin natamam qoydu.
“Qarabağ”a mərhələ adlamaq, azarkeşləri sevindirmək, reytinq balını artırmaq, qələbə qazanmaq lazımdır. Ancaq bunların hamısı üçün ən birincisi QOL VURMAQ lazımdır. Uğurlar!

NBA-in ən hündür oyunçusu basketbolla vidalaşdı

Posted July 20th, 2011 at 11:13 am (UTC-4)
Leave a comment

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) ən hündürboylu oyunçusu, Houston Rockets komandasının üzvü Yao Minq uzunsürən zədədən sonra bu gün karyerasını sona çatdırdığını açıqlayıb. ABŞ və xaricdə məhşur olan Yao NBA-də 2002-2003-cü il sezonunda tanınmağa başlayıb. O karyerasını hər oyuna 19 xal, 9 reboundla son qoyur. Çinli basketbolçu 8 dəfə NBA All-Star oyunlarında iştirak edib. Fotolarda onun karyerasına nəzər salın.

“Qarabağ” və “Xəzər Lənkəran”ın oyunlarını CANLI İZLƏYİN

Posted July 14th, 2011 at 2:16 pm (UTC-4)
Leave a comment

Makkabi Təl Əviv – Xəzər Lənkəran CANLI

Streymur – Qarabağ CANLI

 

D.Zaqreb-Neftçi oyununu CANLI izləyin

Posted July 13th, 2011 at 2:01 pm (UTC-4)
Leave a comment

Bakı təmsilçisi Neftçi futbol klubu Azərbaycan çempionu kimi bu gün Çempionlar Liqasında ilk oyununu keçirir. Xorvatiyanın paytaxtında baş tutan oyunda bakılılar Zaqreb Dinamosu ilə qarşılaşır. Matçı canlı izləmək üçün BURAYA daxil olun.

Azərbaycan klublarının Avropadakı qarşıdakı oyunlarını canlı izməyək istəyirsinizsə bizi facebookda izləyin, növbəti oyunları da canlı izləmək imkanınız olsun.

Amerika qadınları türk kişilərin etdiklərini təkrarladı (VİDEO)

Posted July 13th, 2011 at 12:06 am (UTC-4)
Leave a comment

Qadınlar arasında futbol üzrə dünya çempionatı çərçivəsində bazar günü Braziliya ilə Amerika Birləşmiş Ştatları arasında keçirilən 1/4 final oyunu qeyri-adiliyi ilə yadda qalıb. Oyunda hesabi braziliyalıların öz qapılarına vurduğu qol sayəsində amerikalılar açıb. Ancaq matçı ikinci hissəsinin əvvəllərində ABŞ komandası azlıqda qalıb. Bundan istifadə edən braziliyalılar tezliklə bərabərliyi bərpa edib və 90 dəqiqə 1-1 hesabı ilə başa çatıb. 10 nəfərlə oynayan amerikalı xanımlar penaltilərə bu hesabı qoruyub saxlaya bilməyiblər, belə ki, əlavə vaxtda rəqib fərqlənə bilib. Ancaq azlıqda olmasına baxmayaraq matçın 120-ci dəqiqəsinə əlavə olunmuş 2-ci dəqiqədə Abby Wambach fərqlənərək bərabərliyi bərpa etməklə yanaşı, komandasının mənəvi qələbəsinin əsasını qoyub. Bundan sonra penaltilərdə fiziki qələbəni əldə etmək isə amerikalılar üçün elə də çətin olmayıb: 5-3. Vaxtından əvvəl final adlandırılan matçdan amerikalı xanımlar böyük əzmkarlıq göstərərək qalib ayrılıblar. (Yazı videodan sonra davam edir)

2008-ci ildə kişilər arasında keçirilən futbol üzrə Avropa çempionatında da Türkiyə yığması oxşar qələbə qazanmışdı. 90 dəqiqə ərzində hesab açılmayan Xorvatiya-Türkiyə matçın 119-ci dəqiqəsində xorvatlar hesabı açaraq yarım-finala çıxmağı 99 faiz təmin etmişdilər. Ancaq həmin çempionat keçirdiyi bütün oyunlarda əzmkarlığı nümayiş etdirən türklər bu oyunda da inanılmazı reallığa çevirdilər. 121-ci dəqiqədə bərabərlik qoluna Səmih Şəntürk imza ataraq ölkəsinin milli komandasına tarixində ilk dəfə yarım-final həyacanı yaşatmışdı və Türkiyə Avropa Çempionatının bürünc medallarına layiq görülmüşdü.

Quarter Finals: Croatia 1 Turkey 1 – Semih… by broadbandsports

Fənərbaxçanı hansı cəzalar gözləyə bilər?

Posted July 11th, 2011 at 2:34 pm (UTC-4)
1 comment

Türkiyədə məhkəmə futbol üzrə son ölkə çempionu Fənərbaxça klubunun prezidenti barədə həbs qətimkan tədbiri seçəndən sonra klub azarkeşləri ilə polis arasında qarşıdurma yaşanıb.

Oyunların alınmasında ittiham olunan Əziz Yıldırım istintaq müddətində təcridxanada qalacaq. Təhqiqat klubun son titulunun əlindən alınması ilə də nəticələnə bilər.

Bazar günü keçirilən məhkəmənin qərarını gözləmək üçün Fənərbaxçanın çoxsaylı azarkeşi Beşiktaş məhkəmə binasının qarşısına toplaşıb. Qəzəblənmiş futbol fanatları polislərə və jurnalistlərə daş atıblar. İttiham təsdiq olunacağı təqdirdə Fənərbaxçanın gözləyən sanksiyalar arasında son titullarının əlindən alınması, beynəlxalq çempionatlardan xaric olunma, aşağı divizionda iştirak və milyonlarla dollar cərimə var. Oyunların alınmasındə əli olan hər bir kəsi uzunmüddətli həbs cəzaları da gözləyə bilər.

Fənərbaxçanın güclü fanatı və klub konqresinin üzvü olan ölkə baş naziri Rəcəb Tayyip Ərdoğan geniş təhqiqat aparılmasına çağıraraq belə bir hadisənin Türkiyənin imicinə mənfi təsir göstərdiyini bildirib.

Futbol bir mədəniyyətdir! (VİDEO)

Posted July 6th, 2011 at 10:00 am (UTC-4)
1 comment

İdman həvəskarları arasında məşhur bir deyim var: Futbol bir dünyadır. Aşkar etdiyimiz aşağıdakı video isə bunu bir daha təsdiq edir. Bir çoxları futbola onun həyəcanını yaşamaq, bəziləri azarkeşlik etdikləri klub və ya komandanı dəstəkləmək, bəziləri dincəlmək, əksəriyyəti isə əylənmək üçün gedir. İranda yaşayan azərbaycanlılar isə Traktor klubunun matçlarına əsasən milli birliklərini nümayiş etdirmək üçün gedir. Ancaq aşağıdakı video onların futbol oyunlarına daha yaradıcı yanaşdığını göstərir. Daha doğrusu onlar futbolun həm də bir mədəniyyət olduğunu, öz mədəniyyətlərini ifadə etməyin bir vasitəsi olduğunu göstərməyə çalışır. Buyurun, futbolun bir mədəniyyət olmasının şahidi olun:

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin