“Qarabağ”dan yeni rekord (VİDEO)

Posted June 30th, 2011 at 5:05 pm (UTC-4)
Leave a comment

Bu gün Avropa liqası çərçivəsində Azərbaycan komandaları təsnifat mərhələsində iştirak edib. Ağdamın Qarabağ klubu rəqib meydanında Litvanın “Banqa” klubu ilə qarşılaşıb. Qarjdai şəhərində baş tutan oyunda Azərbaycan təmsilçisi yeni rekorda imza atıb. Belə ki, 4-0 hesabı ilə qələbə qazanan “Qarabağ” Azərbaycan klublarının Avropada ən böyükhesablı qələbəsini qazanıb. Matçın 16-cı dəqiqəsində Rəşad Sadıqov, 33 və 70-ci dəqiqədə Vüqar Nadirov, 88-ci dəqiqədə isə Bəxtiyar Soltanov fərqlənib.

Şüvəlan təmsilçisi Olimpik isə öz meydanında Belarus Minski ilə qarşılaşıb. Çoxsaylı qol imkanlarının qaçırıldığı matç bərabərə başa çatıb 1-1. Oyunun 10-cu dəqiqəsində Minsk İqor Voronkov fərqlənib. Cavab qolu isə çox gecikməyib, 13-cü dəqiqədə Olimpikin heyətində Viktor İbekoyi status-kvonu bərpa edib.

Cavab oyunları bir həftə sonra iyulun 7-də keçiriləcək.

ABŞ – Şimali Koreya: Futbol meydançasında müharibə

Posted June 30th, 2011 at 4:54 pm (UTC-4)
Leave a comment

İyun ayının 26-dan iyulun 17-nə kimi Almaniyada keçirilən qadınlar arasında futbol üzrə Dünya Çempionatında C qrupu çərçivəsində bu gün iki matç baş tutub. Dünya Çempionatında ilk dəfə iştirak edən Kolumbiyanın qadınlardan ibarət yığma komandası bu İsveç yığması ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Oyunun yeganə qolunu 57-ci dəqiqədə Cessika Lendstrom vurub. Günün ikinci matçı daha maraqla gözlənilirdi. Belə ki, Amerika Birləşmiş Ştatları Şimali Koreya millisi ilə qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən oyun 2:0 hesabı ilə amerikalı xanımların xeyrinə başa çatıb. Hər iki qol oyunun ikinci hissəsində vurulub, belə ki, 54-cü dəqiqədə Loren Çeyni, 76-cı dəqiqədə isə Raşel Buhler fərqlənib. ABŞ növbəti oyununu Kolumbiya ilə, Şimali Koreya isə İsveçlə keçirəcək.

Sabah D qrupu çərçivəsində Braziliya Avstraliya ilə, Norveç isə Ekvator Qvineyası ilə qarşılaşacaq.

Qrup mərhələsinin birinci turu çərçivəsində bu günədək keçirilən oyunlar isə aşağıdakı kimi nəticələnib.

A qrupu

Almaniya 2 – 1 Kanada

Nigeriya 0 – 1 Fransa

B qrupu

Yaponiya 2 – 1 Yeni Zelandiya

Meksika 1 – 1 İngiltərə

C qrupu

Kolumbiya 0 – 1 İsveç

ABŞ 2 – 0 Şimali Koreya

Azərbaycan klubları Avropada kimlərlə qarşılaşacaq?

Posted June 30th, 2011 at 4:46 pm (UTC-4)
Leave a comment

Bu gün EUFA-nın İsveçrənin Nyon şəhərindəki baş qərargahında Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərində mübarizə aparacaq klubların püşkatma mərasimi keçirilib. Qeyd edək ki, bu il Azərbaycanı Avropada Neftçi (Çempionlar Liqası), Qarabağ, Xəzər Lənkəran və AZAL futbol komandaları təmsil edəcək. Püşk atmanın nəticələrinə görə, Azərbaycan çempionu Neftçi klubu Çempionlar Liqası təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın Dinamo (Zaqreb) komandası ilə qarşılaşacaq. Oyunlar iyul ayının 12-si və 19-da baş tutacaq.

Avropa Liqasına gəldikdə isə, burada Azərbaycan təmsilçilərindən ikisi mübarizəyə birinci mərhələdən, biri isə ikinci mərhələdən başlacaq. Ötən bir neçə ildə azərbaycanlı azarkeşlərə sevinc bəxş edən Ağdamın Qarabağ komandasının bu il I mərhələdəki rəqibi Litvanın FK Banga klubudur. FK Banga üzərində qələbə qazanacağı təqdirdə Ağdam klubunun növbəti rəqibi Farer adalarının Streymur komandası olacaq.

Püşk AZAL-a daha çətin rəqib seçib. Bakı klubu Minsk Dinamosu ilə qarşılacaq, qələbə qazanacağı təqdirdə isə, II mərhələ çərçivəsində Türkiyənin Qaziantərspor klubu Azərbaycana səfər etməli olacaq.

Avropa Liqasına II mərhələdən qatılacaq Xəzər Lənkəran klubu isə Təl Əvivin Makkabi komandası ilə qarşılaşacaq. I mərhələnin oyunları 30 iyun – 7 iyulda, II mərhələnin oyunları isə 14-21 iyulda keçiriləcək.

Çempionlar Liqası:

II mərhələ

12 iyul Dinamo Zaqreb – Neftçi (ilk oyun)

19 iyul Neftçi – Dinamo Zaqreb (cavab görüşü)

 

Avropa Liqası:

I mərhələ

30 iyun

FK Banga – Qarabağ (ilk oyun)

Dinamo Minsk – AZAL (ilk oyun)

7 iyul

Qarabağ – FK Banga (cavab görüşü)

AZAL – Dinamo Minsk (cavab görüşü)

 

II mərhələ

14 iyul (ilk oyunlar)

Xəzər Lənkəran – Makkabi Təl Əviv

Streymur – Qarabağ/Banga

AZAL/Minsk – Gaziantepspor

 

21 iyul (cavab görüşləri)

Makkabi Təl Əviv – Xəzər Lənkəran

Qarabağ/Banga – Streymur

Gaziantəpspor – AZAL/Minsk

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin