Showing Archived Posts

London Olimpiyadasında Azərbaycan komandası

Posted July 24th, 2012 at 12:11 pm (UTC-4)
Leave a comment

Azərbaycan olimpiya yığmasının 32 idmançıdan ibarət qrupu bu gün XXX Yay Olimpiya oyunlarında iştirak etmək üçün Londona yola düşüb. İdmançılar iyulun 27-dən avqustun 12-dək Britaniyanın paytaxtında olacaq. Yığmanın ikinci qrupu isə avqustun 4-də Londona yola düşəcək. Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək. Onlar 16 idman növü üzrə yarışacaqlar (2008-ci il olimpiadasında Azərbaycandan 11 növ […]

Azərbaycan 0 – 1 Makedoniya (VİDEO)

Posted August 10th, 2011 at 9:48 am (UTC-4)
Leave a comment

Avqustun 10-da Bakı vaxtı ilə 20:00-da futbol üzrə Azərbaycan milli yığma komandası makedoniyalı həmkarları ilə yoldaşlıq matçı keçirib. Oyunda Azərbaycan yığması çoxsaylı qol vəziyyətləri yaratsa da, onlardan yararlana bilməyib və rəqibin azsaylı hücumlarından birinin məntiqi sonluqla bitməsindən sonra matç 0-1 hesabı ilə başa çatıb. Oyunun təhlükəli anlarını izləyə bilərsiniz:

Qarabağın Brüggeyə vurduğu təsəlli QOLu! (VİDEO)

Posted July 29th, 2011 at 12:10 pm (UTC-4)
Leave a comment

Dünən Ağdamın Qarabağ klubu Belçikanın Brügge komandasına 4-1 hesabı ilə məğlub oldu. Qarabağın bu hesabdan sonra ikinci mərhələyə keçmək şansı çox az qiymətləndirilsə də, ümidlərini itirməyənlər də var. Bu məsələyə avqust ayının 4-də aydınlıq gələcək. Hələlik isə Belçikada keçirilən oyunun qollarını izləyək:

UEFA: “Qarabağ” bu il daha böyük uğura ümid edir

Posted July 28th, 2011 at 12:20 am (UTC-4)
Leave a comment

Sabah Avropa Liqası III mərhələsi çərçivəsində Belçikada Brügge ilə Qarabağ arasında ilk oyun keçiriləcək. Oyundan öncə UEFA-nın vebsaytı Brüggenin Azərbaycan təmsilçisindən çəkinməsinə işarə edir.Uefa.com-da dərc edilən məqalədə deyilir ki, Avropa göstəricilərinə görə, Brügge klubunun Qarabağ FK-dan qat-qat üstün olmasına baxmayaraq, püşkatmada onlar rəqiblərinin Azərbaycan təmsilçisi olduğunu görəndə gərginlik yaşayıblar. Vebsayt bunun səbəbini belə izah edir: […]

“Qarabağ”ın qələbəsi bizə nə üçün lazımdır?(VİDEO)

Posted July 22nd, 2011 at 12:22 am (UTC-4)
Leave a comment

“Qarabağ” düzdü, son iki oyunda qələbə qazana bilməsə də, Avropa çempionatlarında yenə növbəti mərhələyə adlayan yeganə Azərbaycan klubu oldu. Bu ümumilikdə “Qarabağ”dan başqa Azərbaycanın heç bir klubu mərhələ keçə bilməyib. “Qarabağ” isə 4 oyunda 8 qol vurub və yalnız 1-i buraxıb və 3-cü mərhələyə adlayıb. Ancaq, bəziləri deyir ki, “Qarabağ”ın qələbələri onun bəxti ilə bağlıdır, […]

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin