ABŞ-ın Liviya siyasətini necə dəyərləndirirsiniz?

Posted March 1st, 2011 at 6:22 pm (UTC-5)
1 comment

Ərəb dünyasında demokratiyanın aparıcı tərəfdarlarından olan Ronald Reyqan administrasiyasının sabiq üzvü Elliott Abrams Wall Street Journal-da dərc etdiyi məqalədə ABŞ-ın Liviya ilə münasibətlərinin tarixinə nəzər salır.  Onun yazdığına görə on illərlə Reyqanın “Yaxın Şərqin quduz iti” adlandırdığı Qəzzafi ilə münasibətlər xeyli gərgin olub.  1970 və 80-ci illərdə Qəzzafinin qatı anti-Amerika təmayüllü mövqeyi və xaricdə terrora dəstək verməsi Amerikada Qəzzafinin bir nömrəli düşmən kimi imicini formalaşdırmışdı.  Lakin 2003-cü ildə İraqa hərbi müdaxilənin ardınca Qəzzafi belə görünür ki, hürkdü.  Demək olar ki, dərhal Liviya lideri kütləvi qırğın silahları proqramından əl çəkdi, terrorçulara dəstəyi dayandırdı və Qərblə yaxınlaşma kursu götürdü.  O vaxtdan bəri Amerika Liviyada demokratik mücadiləyə üzdə dəstək versə də, real olaraq Qəzzafi rejiminin devrilməsinə çalışmayıb.  Abrams narahatdır ki, Qəzzafi rejimi ilə ABŞ arasında 2003-cü ildən sonra istiləşən münasibətlər və rəsmi Vaşinqtonun inqilabın ilk dönəmində nisbətən süst davranışı Liviya xalqında Amerikanın məramları ilə bağlı şübhələrə yol aça bilər.

Ümumiyyətlə son zamanlar Amerikada dərc edilən istər sol, istərsə də sağ təmayüllü dərgilər Obama administrasiyasını Liviya məsələsində sərt mövqe sərgiləmədiyinə görə tənqid ediblər.  Bu yazılarda Obama administrasiyasının Yaxın Şərqdə demokratiyanın taleyinə biganə olduğu vurğulanır.  Siz bu fikirləri bölüşürsünüzmü?  Azərbaycandan Amerikanın Liviyadakı hadisələrə reaksiyası necə görünür?  Sizcə Vaşinqton Liviyada demokratik qüvvələrin qələbəsi üçün kifayət qədər səy göstəribmi?  Rəsmi Vaşinqton nə edə bilərdi ki, onu etməyib?  Fikirlərinizi yazın.

One response to “ABŞ-ın Liviya siyasətini necə dəyərləndirirsiniz?”

  1. Selim says:

    Yeni insiyatifiniz icin tebrikler. Bence Libyada durum agir olsa da bu sorun ulke icinde cozulmeli. Basinda yayilan mudahele etmelimi etmemelimi tartismalari bence sasirtici. Bir kere girdinizmi cikmasi kolay degil. Irak ve Afkanistani hatirlayalim. Azeri arkadaslarin ne dusunduklerini merak ediyorum. Bazi arkadaslar da bu sitede Amerika Azerbaycan’daki gelismeler icin hazir olmali filan demisti. Umarim Amerika’nin Azerbaycan’da devrim yapmasini filan beklemiyorlardir. Blog icin sizi tekrar tebrik ederim
    Selim

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories