Amerika Realistləri və Xaricdə Demokratiya

Posted April 10th, 2011 at 1:06 pm (UTC-5)
1 comment

ABŞ-ın sabiq dövlət katibləri Henry Kissinger və James Baker Washington Post-da məqalə ilə çıxış ediblər.  “ABŞ hərbi müdaxiləsi üçün əsaslar” adlanan yazıda müəlliflər siyasi rəhbərliyə başqa xalqlar qarşısında hərbi məsuliyyət götürməzdən əvvəl Amerikanın maraqlarını və dəyərlərini nəzərə almağı tövsiyə edirlər.  Kissinger və Baker cənabları bu yanaşmanı “praqmatik realizm” adlandırır.

Müəlliflər hesab edirlər ki, Amerika xaricdə yaranmış hər bir situasiyanın fərdi kontekstini anlamalıdır.  “Əvvəla, qüvvə işlədərkən məqsəd aydın və spesifik olmalıdır,” deyə müəlliflər bildirir.  Liviyada baş verən kimi, humanitar müdaxilələrin əsas problemi onların adətən nəzərdə tutulan məhdudiyyətlərdən kənara çıxmasıdır.  Onların fikrincə, hərbi müdaxilələr nəticəsində rejimlər devrildikdən sonra rejim başsız qalır.  Bu, isə deməkdir ki, Amerika öz pulu və qanı bahasına hakimiyyətin yıxıldığı cəmiyyətlərdə yeni siyasi sistem qurmalıdır.

Müəlliflər habelə Amerika rəhbərlərinə müdaxilə olunan ölkənin mədəniyyətini və siyasi dəyərlərini Amerikanın xarici siyasət və iqtisadi maraqları ilə uzlaşdırmağı məsləhət görürlər.  Onların sözlərinə görə, Amerika Liviyada vətəndaş müharibəsinə tərəf olub, ancaq Müəmmər Qəzzafiyə qarşı çıxan qüvvələrin kimliyi bəlli deyil.  Kissinger və Baker Amerika cəmiyyətindən ictimai dəstəyi, məramsız nəticələrin nəzərə alınmasını və konkret milli maraqların müəyyənləşdirilməsini missiyanın uğuru üçün mühüm şərtlər hesab edirlər.

One response to “Amerika Realistləri və Xaricdə Demokratiya”

  1. Zaur says:

    Mence ikisi də Dövlət Katibi vəzifəsində olmuş bu təcrübəli shexlerin fikirlerini nezere almaga deyer. Olkelerinin maraqlarini, imicini gələcəkdə oz boynuna goturmeye mecbur qala biləcəyi məsuliyyətləri indidən düşünmələri elə bilirem hakimiyyətdəkilərə realliqları xatırlatmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories