Aprelin 11-də Johns Hopkins Universitetindəki Mərkəzi Asiya və Qafqaz İnstitutunda Yaxın Şərq və Şimali Afrikadakı üsyanların Orta Asiya, Qafqaz və Türkiyəyə təsiri mövzusunda forum keçirilib.  Forum iştirakçıları inqilab dalğasının yaşandığı ərəb dünyası ilə post-Sovet məkanı arasındakı oxşar və fərqli cəhətləri təhlil ediblər.