Neo-Osmançılıq və Amerikanın narahatlıqları

Posted April 18th, 2011 at 2:05 pm (UTC-5)
Leave a comment

Son vaxtlar bir sıra amerikalı şərhçilər baş nazir Rəcəb Təyyib Ərdoğann rəhbərliyi altında Türkiyənin anti-Qərb kurs yürütməsindən narahatlıqlarını ifadə edirlər.  Həmin bu qənaətə əsasən rəsmi Ankaranın Yaxın Şərqdə atdığı addımlar çox zaman Vaşinqtonun maraqları ilə uzlaşmır və bəzi məqamlarda hətta onlara zidd çıxır.

Mühafizəkar təmayüllü National Review-da məqalə ilə çıxı ş edən Daniel Pipes Türkiyənin yeni siyasi xəttini neo-osmançılıq kimi səciyyələndirir.  Onun sözlərinə görə 2002-ci ilin noyabrında parlament seçkilərində qalib gəldikdən bəri hakimiyyətə yiyələnən Ədalət və İnkişaf Partiyası (AKP) Qərb, ələlxüsus ABŞ, Fransa və İsrailin maraqlarına sistematik şəkildə zərbələr endirir.   2003-cü ildə ABŞ qoşunlarına öz ərazisindən İraqa daxil olmağa icazə vermədikdən sonra ötən il Mavi Marmara insidenti  və Tehrana qarşı sanksiyaların əleyhinə çıxmaqla Ərdoğan hökuməti öz xislətini açıq nümayiş etdirdi.

Cənab Pipes AKP hökumətinin ABŞ-a zidd addımları sırasında Yaxın Şərqdə İslamçı dövlət modeli olmaq məramı, İrana həyat xətti açmaq,  Liviyadakı NATO kampaniyasını əngəlləmək, Qəzzafiyə dəstək vermək, Dəməşqə yardım göstərmək və qatı anti-İsrail təmayüllü siyasət yürütdüyünü sadalayır.  Müəllifin fikrincə Ankara regiondakı müsəlman ölkələrini öz İslamçı imicində formalaşdırmağa can atır, və Qərb bunun qarşısını tezliklə almalıdır.  Qabaqlayıcı tədbirlər qismində Pipes Türkiyə müxalifətinə yardım göstərməyi və indiyədək Türkiyənin şərqində kürd muxtariyyatı ilə bağlı Qərbin uzun müddətli mövqeyinə yenidən nəzər salmağı təklif edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories