Tiranlar necə olur?

Posted May 17th, 2011 at 3:49 pm (UTC-5)
Leave a comment

“Tiranların bölüşdüyü əsas xüsusiyyət onların xalqı çapıb-talaması və material ehtiyaclarından qat-qat artıq var-dövlət toplamasıdır. Bir qayda olaraq tiranların məşhurlaşmaq həvəsi və şəxsi natamamlıq kompleksləri sərhəd bilmir, və bu, hətta onların var-dövlətə hərisliyini də üstələyir. Bircə İmelda Markosun ayaqqabı kolleksiyasını xatırlayın, və yaxud istənilən tiranın bütün şəhər divarlarını bəzəyən nəhəng portretlərini. Acgözlük və şöhrətpərəstlik tiranlıq patologiyasının başlıca göstəriciləridir… Maraqlısı odur ki, tiranların özləri haqda müfəssəl təsəvvürü olur. Hələ 2500 il bundan öncə tiranın tərifini verən Ksenofon ‘tiranın gecə-gündüz bütün insanlar tərəfindən ədalətsizliklərinə görə ölümə məhkum olunduğundan xəbərdar olduğunu’ yazırdı. Havanada diplomatik ziyafətdə qardaşı Raul Kastronun iqtisadi islahatlara başlamaq təklifinə cavab olaraq Fidel demişdi ki, belə olsa bir neçə ayın içində onları işıq dirəyindən asacaqlar.”

Steven Hayward bunları yazmaqla Qərbdə şərq despotları haqda illuziyalara dalan “ekspertləri” hədəf alır. Bu yaxınlaradək bəziləri Hüsni Mübarəkin diktator olduğunu danır, Bəşar əl-Əsədi islahatçı adlandırırdı. Hayward diqqəti daim Müəmmər Qəzzafini Amerikada reklam edən Rutgers Universitetinin professoru Benjamin Barberə çəkir. “İdeal Qəzzafi lakeyi” adlandırılan Barber müxtəlif mübaliğələrdən istifadə edərək Qəzzafinin despot olmadığını sübut etməyə çalışır, guya Liviya liderinin hər vəchlə hakimiyyət strukturlarına səriştəli işçilər cəlb etməyə can atmasından yazırdı. İndi Barber Qəzzafinin xalqa divan tutmasından şok olub. Yapma ya! Müəllifin fikrincə tarix boyu intellektuallarla tiranlar arasında platonik eşq macəraları yaşanıb. Bəziləri hesab ediblər ki, mütləq hakimiyyətə yaxın olmaqla onlar tiranın düşüncələrinə müsbət təsir göstərə bilərlər. Lakin sonda heç bir real nəticə verməyən bu növ məhəbbət daha çox intellektualların öz ucuz şöhrət soraqlarını və hakimiyyət ocağında isinmək arzularını əks etdirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories