Amerika əsgəri – Azadlığın keşikçisi

Posted May 30th, 2011 at 1:18 pm (UTC-5)
Leave a comment

“Ötən yüz ildə Amerika əsgəri dünya boyu qırğın, quldarlıq və avtokratiyanın önündə adətən sonuncu və bəlkə də yeganə sipər olub,” deyə Victor Davis Hanson yazır.  Bu gün amerikalılar müharibələrdə həlak olan veteranlarının xatirəsini qeyd edirlər.  Bütün ABŞ boyu şəhər və qəsəbələrdə paradlar keçirilir, pikniklər düzənlənir, veteranların xatirəsi yad edilir.  Lakin Amerikada xatirə günü təkcə əsgərlərin Amerika uğrunda fədakarlığı ilə səciyyələnmir.  Amerikalılar bu gündə həm də universal azadlıqlar uğrunda verilən qurbanları dəyərləndirir və özlərinin bəhrələndiyi söz, din, toplaşma azadlıqlarına görə, ədalətli məhkəmə və demokratik hökumətə görə şükranlıqlarını ifadə edirlər.  “Freedom is not free!” yəni “Azadlıq havayı deyil!” şüarı paytaxt Vaşinqtonu dolaşan veteran motosikletlərin buferlərini bəzəyir.

Qədim Yunan demokratiyası üzrə ekspert olan Hanson oxucuları Amerikanın mövcud olmadığı dünyanın mənzərəsini canlandırmağa dəvət edir.  Bir anlıq təsəvvür edin ki, Adolf Hitler, Benito Mussolini, Hideki Tojo kimi adamlar dünyanı idarə edirlər.  Təsəvvür edin ki, Soyuq Müharibə illərində əzici kommunist ideologiyası ilə silahlanmış Sovet tiranlığının qarşısında heç bir qüvvə dayanmayaydı.  Səddam Hüseyn, Slobodan Miloseviç, Molla Ömər, Manuel Norieqa kimi tiranlar hakimiyyətdə qalaydılar.  Cüzi hərbi qüvvəyə malik olan bir sıra demokratiyalar bu gün tez-tez Amerikadan gileylənməyi sevirlər.  Lakin günü sabah Çin təcavüzə başlasa, Şimali Koreya cızığından çıxsa, və ya hansısa bir tiran öz qəddar məramlarını həyata keçirmək istəsə bütün dünyanın gözü demokratik Amerikanın hərbi qüdrətinə dikiləcək.  Amma barmaq tuşlamağa gələndə Amerika ən rahat hədəflərdən biridir.  “Bu növ sinisizm  və nihilizmin mövcud olduğu mühitdə belə amerikalılar İraq, Əfqanıstan və Liviya kimi uzaq diyarlarda daha firavan, ləyaqətli həyat qurmağa çalışırlar.  Hər bir amerikalı əsgərin kölgəsində onlarla həmvətəni gecələr rahat yatır, və həmin kölgədə yüzlərlə adam növbəti gün sağ-salamat oyanacaq.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories