İslamçılar və İslamofoblar

Posted July 26th, 2011 at 1:35 pm (UTC-5)
Leave a comment

Norvecdə onlarla adamı qanına qəltan edən Anders Behring Breivik göstərdi ki, İslama və müsəlmanlara nifrət edən adamlar Əl-Qaida terrorçuları ilə eyni ideoloji məkana mənsubdurlar.  The New Republic məcmuəsində yazan Karen Greenberg hesab edir ki, radikal islamçıların inandığı vahid ümmət illuziyası Breivikin Xristian Avropası təsəvvürünə xeyli oxşardır.  Mədəni saflıq adından törədilən qəddar aktlar dini saflıq adından törədilən terror aktlarından çox elə fərqlənmir.

Greenberg-in yazdığına görə son illərdə Avropa qitəsində islamofobiya vüsət almaqdadır.  Statistika göstərir ki, Avropanın bir neçə ölkəsində, ələlxsüsus Fransa və Böyük Britaniyada müsəlman məscidlərinə və bizneslərə hücumlar  artıb.  Bu hücumlar adətən neo-nasist və başqa irqçi qruplar tərəfindən həyata keçirilir.

Anti-İslam platformasına malik siyasi partiyalar bütün Avropa boyu seçicilər arasında populyarlaşmaqdadırlar. Hollandiyada Geert Wilders-in Azadlıq Partiyası müsəlmanların immiqrasiyasına qarşı çıxış etməklə parlamentdəki mövcudluğunu genişləndirib.  ABŞ-da səfərdə olarkən kilsədə çıxış edən Wilders bildirib ki, Avropa hazırda Hicrə ilə – yəni, mühacirət vasitəsilə işğalla üzləşir.  Onun sözlərinə görə müsəmanların mühacirəti son 30 ildə Avropa şəhərlərinin sifətini dəyişib.

Osama bin Ladenin tərəfdarları öz radikal baxışları ilə dindaşlarına təlqin etməyə çalışırdılar ki, İslam Qərblə müharibədədir və müsəlmanların borcu qeyri-müsəlmanlara qarşı vuruşmaqdır.  Breivikin Norvecdəki qətliamı bu sərsəm nəzəriyyəyə dəstək verir.  Orta əsrlər dönəminin düşüncəsini tərənnüm etməklə bu qüvvələr sivilizasiyaları bir-biri ilə toqquşdurmaqda qətidirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories