Konqresdə ATƏT Dinləməsi

Posted July 28th, 2011 at 3:13 pm (UTC-5)
Leave a comment

Bir az var ABŞ Konqresində ATƏT barədə Helsinki Komissiyasının dinləməsindən qayıtdım.  Dinləmədə təşkilatın ümumi hədəfləri və Amerikanın quruma yönəlik strategiyası müzakirə olundu.  Dinləmənin aparıcıları Konqresmen Gordon Smith və Senator Benjamin Cardin Avropada insan haqları və demokratik dəyərlərin yayılmasının mühümlüyünü vurğuladılar.  Dinləmədə ABŞ dövlət katibinin üç yardımçısı və kənar ekspertlər də ifadə verdilər.  Əsasən Belarus və Orta Asiyadakı vəziyyət müzakirə olundu.  Post-Sovet məkanındakı konfliktlər, o cümlədən Dağıq Qarabağ münaqişəsi üzrə gedən danışıqlar da qeyd olundu, amma detallara varılmadı.

Dinləmə iştirakçıları razılaşdılar ki, ATƏT-in insan haqları idarəsini gücləndirmək mühümdür.  Eyni zamanda təşkilatın idarəçilik mexanimzi tənqid olundu.  Bir çoxları Rusiya və başqa qeyri-demokratik rejimlərin ATƏT daxilində öz agendalarını yürütməyə çalışmalarından narahatlıqlarını izhar etdilər.  Belə məlum oldu ki, ABŞ qanunverciləri Rusiyanın ATƏT-lə bağlı məramlarının səmimi olmaması qənaətindədirlər və buna görə də Moskvanın bu təşkilat daxilindəki nüfuzunu məhdudlaşdırmağı vacib hesab edirlər.  Bu xüsusda Qazaxıstanın ATƏT-ə sədr seçilməsi müzakirə olundu.  ABŞ rəsmiləri aydın etdilər ki, onlar Qazaxıstan kimi avtoritar rejimin təşkilata rotasiyalı bazada sədr seçilməsinin əleyhinə idilər, amma qurumun inzibati qaydaları qarşısında geri çəkilməyə məcbur oldular.  Bundan əlavə, Qazaxıstan sədarətə keçməzdən əvvəl bir sıra vədlərlə çıxış etmişdi ki, sonradan onlara xilaf çıxdı.  Məncə, avtoritar rejimlərin vəd verib, sonra ona əməl etməməsi tarixdə görünməmiş bir hadisədir:)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories