Amerika toqqasını bərkidir – Xarici yardımların taleyi necə olacaq?

Posted August 6th, 2011 at 11:19 am (UTC-5)
Leave a comment

Borc tavanı üzərində razılıq və onun ardınca Standard & Poor agentliyinin ABŞ-ın kredit reytinqini tarixdə ilk dəfə olaraq endirməsi dövlət xərclərinin kəskin ixtisar olunacağına işarədir. Təbii ki, borcu azaltmaq üçün görülən tədbirlərin başqa dövlət xərclərinə olduğu kimi xarici yardımlara da təsiri olacaq. Son həftələrdə təsdiq olunmuş büdcəyə əsasən xaricə yardım planlarında 6 milyard dollarlıq ixtisar var. ABŞ üçün bu miqdar cüzi ola bilər, amma səfalət və haqsızlıqlarla üzləşən cəmiyyətlər üçün hər sentin də həyati əhəmiyyəti var.

Bir çox mühafizəkarlar hesab edirlər ki, bərbad siyasi-iqtisadi sistemlərə malik avtoritar və korruspioner rejimlərə pul ayırmaq dibsiz çəlləyə su tökmək kimi bir şeydir. Hər halda indiyədək bir dənə də olsun ölkə birinci dünya ölkəsi statusunu həmin yardım sayəsində qazanmayıb. Eləcə də, üçüncü dünya ölkələrinə nə qədər yardım verirsən ver, dəyişən deyillər. Başqaları isə xarici yardımın ABŞ xarici siyasətində mühüm funksiya daşıdığını düşünür. Belə ki, lazımi məqamlarda Qərb standartları ilə azacıq miqdarda pul xərcləməklə Amerika öz geosiyasi maraqlarına xidmət edir ki, bu, da sonda daha çox pul xərclənməsinin qarşısını alır.

Xarici Əlaqələr Şurasının eksperti Stewart Patrick hesab edir ki, xaricə yardımların ən effektivi demokratiyanın təşviqidir. Lakin təəssüf ki, bir çox qanunvericilər bu sahəyə ayrılan pulu başqa kateqoriyalarla eyniləşdirirlər. Onun sözlərinə görə Konqres Dövlət Departamentinin Demokratiya, Insan Haqları və Əmək Bürosunun eyni funksiyaları yerinə yetirdiyini əsas gətirərək Milli Demokratiya Fonduna (NED) ayrılan vəsaiti azaldıb. Halbuki ərəb baharı və başqa demokratik inqilablara ilham verən təsisata yardımın kəsilməsi müttəfiqlərinin əksəriyyətini demokratik dövlətlər təşkil edən Amerikanın milli maraqlarına ziddir. Onun sözlərinə görə, sivil cəmiyyətlərin inkişafına sərf edilən pulun təkcə anti-terror səylərinə yönəldilməsi ABŞ-ın milli maraqları konsepsiyasının mürəkkəbliyini nəzərdən qaçırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories