Məhkumun Son Yeməyi

Posted August 13th, 2011 at 11:23 am (UTC-5)
Leave a comment

Ölüm cəzasının mövcud olduğu əksər ölkələrdə, o cümlədən Amerikada, edam olunmazdan əvvəl müttəhimə “son yemək” hüququ verilir.   Bu ənənənin kökü qədim yunanlar, romalılar və çinlilərə gedib çıxır.  Güman edilir ki, son yeməyin icrası müttəhimi edam olunmazdan əvvəl hökmü qəbul etməyə və sakitləşdirməyə yönəlmişdi.  Belə ki, istədiyi təamı sifariş etməklə dolayısı yolla müttəhim öz qədərinə boyun əyir və rəsmiləri arxayın edir ki, cəza günü ictiamiyyət qarşısında hoqqa çıxarıb hökuməti rüsvay etməyəcək.

Amerikada məhkumların edamdan qabaq ən çox sifariş verdikləri yemək çizburger və fransız kartofudur.  Bifşteks, qaynar yağda qızardılmış toyuq və dondurma da tez-tez istənilən yeməklər sırasındadır.  Məhkumun davranışına nəzarətini itirməməyi təmin etmək üçün həbsxana rəsmiləri son yeməkdə alkohollu içkiləri və hətta siqaret çəkməyi qadağan edirlər.  Bu üzdən də çoxunun sifariş etdiyi içki ya Coca Cola ya da Dr. Pepper olur.  Ölüm cəzası almış tanınmış cinayətkarlar sırasında bəzilərinin davranışı yaddaqalandır.  Bir ailənin vəhşicəsinə öldürülməsində iştirak etmiş Carla Fay Tucker meyvə dolu boşqab sifariş etmiş, lakin heç nəyə toxunmamışdı.  Serial manyak və yaxud “Qatil Kloun” kimi tanınan John Wayne Gracy şrimp, qızardılmış toyuq, fransız kartofu və yarım kiloqram çiyələk sifariş etmişdi.  Oklahomada federal binanı partlatmaqla 168 adamın həyatına son qoymuş Timothy McVeigh iki qutu nanə şokoladlı dondurma yemişdi.  Son yemək əvəzinə Tennessee ştatının məhkumu Philip Workman evsizlərə pizza paylanmasını rica etmişdi.  Rəsmilər onun xahişini rədd etmiş,  özəl qurum isə Workmanin arzusunu şərəfləndirmişdi.

Ekstravaqant yemək sifarişi ənənəsinə son qoymaq üçün son illərdə müxtəlif ştatlarda bəzi məhdudiyyətlər tətbiq olunub.  Məsələn, ən çox məhkumun edam olunduğu Texasda sifariş olunan yemək həbsxananın mətbəxində hazırlanmalıdır.   Floridada yemək həbsxananın yaxınlığındakı ərazidən alınmalı və 40 dolları aşmamalıdır.  Virciniyada isə məhkum yalnız son 28 gün ərzində həbsxana menyusunda olan yeməklərdən sifariş verə bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories