Əkiz Binalardan Tullananlar (VİDEO)

Posted September 6th, 2011 at 1:10 pm (UTC-5)
Leave a comment

400 metr hündürlükdən – dörd futbol stadionu uzunluğunda məsafədən – yerə çırpılan adam saatda 240 kilometr sürətlə hərəkət edir.  Havadan yerə uçuş təqribən 10 saniyə çəkir.  Bu müddət ərzində insan şüurlu olur.  Ölüm yerə dəyən an baş verir.  Ağrı hiss etməyə vaxt olmur.  Nəzərə alanda ki, insan bədəninin 75 faizini maye təşkil edir, yerdəki mənzərəni təsvir etməyə ehtiyac yoxdur.

2001-ci il 11 sentyabrı hücumları haqda fikirləşən çoxlarının ağlına təyyarələrin binalara dəyməsi, yaxud əkiz binaların çöküşü gəlir.  Amma terror hücumları Nyu Yorkda konkret hücumun həndəvərində olanların beyninə vurulmuş binalardan atılan adamlarla həkk olunub.  Onlara “jumpers” – yəni “tullananlar” deyirlər.

“Siz təsəvvür edin, yuxarıda təyyarələrin dəydiyi mərtəbələrdə vəziyyət nə cür dözülməz idi ki, insanlar göydələndən yerə atılmağa daha yaxşı variant kimi baxırdılar,” deyə Nyu York meri Rudi Culiani Dünya Ticarət Mərkəzi yaxınlığındakı qrotesk mənzərəni xatırlayır.  Çoxları alovun istisindən və ya boğucu tüstüdən qurtulmağa çalışırdılar.  Amma burada başqa element də var idi.  Çıxış yolu olmayan insanlar ölümləri haqda son qərarı özləri verirdilər.  Hər şeyin nəzarətdən çıxdığı məqamda insanlar vermək səlahiyyətində olduqları son qərarı verirdilər.

Çoxları bir-bir, bəziləri isə əl-ələ verib atılırdılar.  Sentaybrın 11-i, günəşli səhərdə işləməyə gələn adamlar təsəvvür edə bilməzdilər ki, cəmi 2-3 saat sonra onlar dəhşətli seçim qarşısında qalacaqlar.  Onları başqa terror qurbanlarından fərqləndirən yeganə amil bu seçimin mövcudluğu idi.  Terror qurbanları bu sonluğa haqq edəcək əməl sahibi deyildilər.  Onlar atalar, analar, bacılar, qardaşlar, oğullar və qızlar idi.  Onların çoxu Əl-Qaida haqda heç nə bilmirdi.  Həyatlarını yaşayırdılar.  Qəfildən, heç bir səbəbsiz söndürülən həyatlarını.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories