“İndi dünyada iki böyük millət var ki, onlar müxtəlif nöqtələrdən başlayıb eyni hədəfə doğru irəliləyirlər: Ruslar və Anqlo-Amerikalılar.  Hər ikisi dünyanın nəzərindən kənarda aramla qüdrət toplayıb, və qəfildən böyük millətlər sırasında yer alıb.  Bütün başqa xalqlar öz təbii hüdudlarına çatıblar və qazandıqlarını qoruyub saxlamağa çalışırlar; amma bu ikisi hələ də boy atır…  Amerikalılar təbii maneələrə qarşı mübarizə aparırlar; ruslarsa bəşəriyyətə qarşı.  Birincilər cəngəllik və barbarizmə qarşı vuruşur, sonuncular isə var-gücləri ilə sivilizasiyaya qarşı.  Amerika kotanla fəth edir, Rusiya qılıncla.  Öz məqsədlərinə çatmaq üçün, birincilər özəl maraqlara arxalanır, fərdlərin düşüncəsinə və gücünə geniş azadlıq verir.  Sonuncular bütün cəmiyyətin gücünü bir adamın əlində cəmləşdirir.  Birinin başlıca hərəkətverici qüvvəsi azadlıqdır, o birininki mütilik.   Onların çıxış nöqtəsi fərqlidir və cığırları ayrılır.  Bununla belə, hərəsi Tanrının sirli iradəsi ilə dünyanın bir yarısının taleyini öz əlində saxlayır.”

Alexis de Tocqueville, Amerikada Demokratiya, 1835-ci il.