Əvlakinin Məhvi və Konstitutsiya

Posted October 4th, 2011 at 2:03 pm (UTC-5)
Leave a comment

Ötən həftə axtarışda olan Əl-Qaida fəalı Ənvər əl-Əvlakinin öldürülməsi ABŞ-da konstitusion debata yol açıb. Son illərdə öldürülən yüzlərlə terrorçudan fərqli olaraq Əvlaki Amerikada doğulmuşdu və ABŞ vətəndaşı idi. Tarixdə ilk dəfə idi ki, ABŞ hökuməti mühakiməsiz öz vətəndaşını qətlə yetirirdi. Rəsmi Vaşinqtonun mövqeyi budur ki, Əl-Qaidaya qoşulmaqla və bir neçə uğursuz terror aktları planlaşdırmaqla Əvlaki “düşmən döyüşçü” statusu qazanmışdı. Əvlaki 11 sentyabr hücumunu həyata keçirən üç nəfərə məsləhət vermiş, Fort Hood hərbi bazasında 13 adamı öldürmüş Nidal Həsənlə yazışmış və Milad Günü təyyarəni partlatmağa cəhd göstərən Ömər Faruq Əbdülmütəllibə yardım etmişdi. Amma qətlin əleyhdarları hesab edirlər ki, ABŞ vətəndaşı olaraq Əvlakinin mühakimə hüququ var idi. Onlar hökumətin məhkəmə qərarı olmadan ABŞ vətəndaşının həyatına son qoymasını qəbuledilməz hesab edirlər.

1942-ci ildə ABŞ ərazisində bir qrup nasist sabotyor saxlanmışdı. Qısa hərbi tribunalın ardınca bir ABŞ vətəndaşının daxil olduğu qrupun üzvləri edam olundular. Bu presedenti əsas gətirən tərəf açıq şəkildə Əl-Qidanın tərəfinə keçidyini elan etmiş Əvlakinin öldürülməsində heç bir konstitutsion problem görmür. Düşmən mühakimə olunmur, öldürülür. Əgər Əvlakiyə qarşı irəli sürülən ittihamlarla o, razılaşmırdısa onda Yəmənə qaçmaq əvəzinə Əvlakinin bu ittihamlara qarşı məhkəmədə mübarizə aparmaq imkanı var idi. O, nəinki bu imkandan yararlanmırdı, hətta ABŞ rəsmilərini onu tuta bilmədiklərinə görə ələ salırdı. Belə bir adamı Yəmənin ucqar nöqtəsində tutub mühakimə etməyə çalışmaq utopik məşğələ olardı, deyə Əvlakinin öldürülməsinin tərəfdarları bildirir.

Qarşı tərəfdə, libertar təmayüllü Respublikaçı prezidentliyə iddialı Ron Paul prezident Obamanın hər hansısa ABŞ vətəndaşını öldürməyə qərar verməsinin əleyhinə çıxdığını bildirib. Onun sözlərinə görə Əvlakiyə qarşı rəsmi ittihamlar irəli sürülməli idi və onun tutulub ədalət məhkəməsi qarşısına çıxarılması üçün hər bir səy göstərilməli idi. Cənab Paul Əvlakinin məhv edilməsinin əleyhinə deyil, sadəcə prinsipdə, o, ABŞ prezidentinin vətəndaş statusuna malik adamı məhkəməsiz –filansız öldürməyini qeyri-düzgün hesab edir. Demək belə çıxır ki, sabah kimsə Barak Obamanın xoşuna gəlməsə onu “düşmən döyüşçü” elan edərək məhv edə bilər? Konstitutsiyanın birbaşa interpretasiyasının müdafiəçisi olan Paul bu baxımdan Əvlakinin öldürülməsinə xoşagəlməz presedent kimi baxır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories