“Şükranlıq bayramını təsis edən Corc Vaşinqton hesab edirdi ki, hökumət dindən büsbütün kənarda durmalı, dini binalar tikməməli, insanların ruhlarını xilas etməyə cəhd göstərməməlidir.  İngiltərə kilsəsinin Virciniya icmasının başçısı olmasına baxmayaraq Vaşinqton bilirdi ki, yenicə yaranmış dövlət hansısa dinə dəstək verməməlidir.  Elə məhz Vaşinqtonun prezidentliyi dönəmində Konstitutsiyaya əlavə olunan Birinci Düzəlişdə aydın deyilir: “Konqres hansısa dini rəsmi statusa yüksəltmək barədə qanun qəbul etməyəcək!”

Amma Vaşinqton anlayırdı ki, amerikalıların çoxu dindar adamlardır.  O, bilirdi ki, Konstitusiyanın məqsədi azadlıqları, o cümlədən din azadlıqlarını qorumaqdır – hətta bəzən bu inanclar əhalinin müəyyən kəsiminin xoşuna gəlməsə də.  Vaşinqton İnqilabi Müharibədə orduya sərkərdəliyi məhz amerikalılara mülki və dini azadlıqlar bəxş etmək üçün öz üzərinə götürdüyünü deyirdi.  1789-cu ildə Şükranlıq bayramını milli bayram elan edən Corc Vaşinqton amerikalıların əldə etdikləri azadlıqlar üçün şükran olmalarını qeyd edirdi.  Bu azadlıqların sırasında ən başlıcası insanın öz etiqadını sərbəst şəkildə seçmək hüququ idi.”

Brian W. Walsh, Corc Vaşinqton Amerikaya görə Tanrıya Təşəkkür Etdi