Niall Ferguson: Sivilizasiya

Posted November 27th, 2011 at 11:55 am (UTC-5)
Leave a comment

Qərb sivilizasiyasını başqa mədəniyyətlərdən ayıran başlıca xüsusiyyətlər hansılardır?  Niall Ferguson yenicə dərc olunmuş Sivilizasiya kitabında sadalayır: Rəqabət, Elmi İnqilab, Qanun Aliliyi, Müasir Tibb, İstehlakçı Cəmiyyət, və Əməksevərlik.  1500-cü ildə sadə çinli sadə avropalıdan varlı idi.  Beş əsr sonra – 1970-ci illərin sonunda – sadalanan faktorların sayəsində ABŞ vətəndaşı orta hesabla Çin vətəndaşından 20 dəfə varlı idi.  Lakin ötən onilliklərdə bu nisbət sürətlə dəyişməyə başlayıb.  Ferguson hesab edir ki, Yaponiyadan başlayaraq qeyri-Avropa millətləri bu anlayışları idxal edərək həyat satndartlarına görə Qərblə eyni səviyyəyə qalxmağa nail olublar.  Başqa ölkələr Qərbdən qaynaqlanan “qiyamət applikasiyaları” öz sistemlərinə “yüklədikləri” halda, Amerika və Avropanın özündə bu anlamlar dəyərlərini itirməkdədir.

“Cənubi koreyalı bir həftə ərzində amerikalıdan 39 faiz çox işləyir.    Cənubi Koreyada məktəb ili 220 gün, ABŞ-da isə 180 gündür.  ABŞ universitetlərində əlaçı tələbələr əsasən şərqi asiyalı yaxud asiyalı-amerikalılardır… Dünyada 30 ən iri ticarət mərkəzindən yalnız 3-ü Amerikada yerləşir… Orta yaş həddi Amerikada son 50 ildə 70-dən 78-ə qalxdığı halda, Yaponiyada bu rəqəm 68-dən 83-ə, Çində isə 43-dən 73-ə qalxıb… Mülkiyyət hüquqlarının qorunmasına gəldikdə 16 əsas məsələdən 15-də Honq Konq ABŞ-ı üstələyir.  Mütəşəkkil cinayətin biznesə təzyiqlərinə görə ABŞ 86-cı, siyasi xadimlərə ictimai etimada görə 50-ci, müxtəlif növ rüşvətlərə görə 42-ci, maliyyə cavabdehliyinə görə isə 40-cı yerdə qərar tutub.”

Ferguson inanır ki, Qərb sivilizasiyası solmaqda olan qüdrətini bərpa etmək üçün şanlı keçmişi şanlı edən elementlərə yenidən nəzər salmaldır.  Bir vaxtlar monarxiyalara və kiçik respublikalara bölünmüş Avropada siyasi parçalanma həm siyasi həmə də iqtisadi müstəvidə korporativ elementlər arasında rəqabətə yol açdı ki, onların varisləri hazırkı Qərb şirkətləridir.  Artıq 17-ci əsrdə riyaziyyat, astronomiya, fizika, kimya və biologiya sahəsində əldə edilən nailiyyətlərin demək olar ki, hamısı Qərbin payına düşürdü.  İngilis dilli dünyada mülkiyyət hüquqlarının toxunulmazlığı möhkəm və sabit siyasi quruluşun bərqərar olmasına imkan verdi və qanun aliliyini Qərbdə təmin etdi.  19 və 20-ci əsrlərdə tibb elmi sahəsində əldə olunan bütün başlıca nailiyyətlər avropalıların və ya amerikalıların adına yazılıb.  Sənaye İnqilabı Qərb cəmiyyətlərinə ucuz, keyfiyyətli və bol məhsul istehsal etməyə imkan verdi ki, bu, da istehlakçı cəmiyyətin meydana çıxmasına şərait yaratdı.  Qərblilər bəşər tarixində ilk dəfə olaraq geniş və intensiv əməyi yüksək qənaət və kapital yığımı ilə birləşdirdilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories