Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondunun təşəbbüsü ilə noybarın 28-i və 29-da “Cənubi Qafqaz: Müstəqilliyin 20 İli” başlıqlı konfrans keçirildi.  İki günlük tədbirdə Azərbaycan, Ermənistan və Gürcüstandan gəlmiş ekspertlər, o cümlədən regionu izləyən Qərbli müşahidəçilər Cənubi Qafqaz ölkələrinin 1991-ci ildən bəri keçdikləri yola nəzər saldılar. Konfransın bazar ertəsi sessiyasında Azərbaycana dair forumun natiqləri Bakılı jurnalist Şahin Abbasov, Milli və Beynəlxalq Arşdırmalar Mərkəzinin sədri Leyla Əliyeva, təhlilçi Təbib Hüseynov və Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi Elnur Soltanov idilər.

Hüquqşünas Erkin Qədirli konfransda irəli sürdüyü tezisləri Amerikanın Səsi ilə bölüşdü.