İldönümü: Pörl Harbora Hücum (VİDEO)

Posted December 5th, 2011 at 1:42 pm (UTC-5)
Leave a comment

Dekabrın 7-də yaponların Pörl Harbora hücumunun 70-ci ildönümü tamam olur. Sabiq Sovet məkanında kommunist təbliğatı bir qayda olaraq ya Amerikanın müharibədəki rolunu ifrat dərəcədə aşağılayır, yaxud da Hiroşima və Naqasakiya atom bombası hücumlarını qabardaraq Amerika imperializminin murdarlığını nümayiş etdirməyə çalışırdı. O üzdən çox adamda ABŞ-Yaponiya cəbhəsi haqda səthi məlumat var. Halbuki, dünyanın ikinci ən böyük iqtisadi qüdrəti (Yaponiya) ilə birincisi (ABŞ) arasındakı müharibə tarixin ən əhəmiyyətli məqamlarından biri sayılmalıdır.

Amerikalıların çoxunun təsəvvüründə Pörl Harbor Yaponiyanın Amerikaya xaincəsinə hücumu kimi həkk olunub. Amma bir çox müharibələr kimi, bu müharibə haqda da miflər bəzən faktları üstələmiş olur. Tarixçi Craig Shirley Washingtron Post qəzetində yazdığı məqalədə ABŞ-Yaponiya müharibəsi haqda beş mifi tədqiq edir. Onun sözlərinə görə ən geniş yayılmış mif Yaponiyadan hücumun gözlənilməz olmasıdır. Əslində isə hücumdan bir neçə ay əvvəl Yaponiyanın təcavüzkar məramlarına dair kəşfiyyat məlumatları var idi. Dekabrın 4-də – hücumdan 3 gün əvvəl – prezident Franklin Ruzveltə təqdim olunan məxfi 26 səhifəlik hesabatda Yaponiyanın Kaliforniyaya, Panama kanalına yaxud Havaya hücum edəcəyi ehtimalı müzakirə olunurdu.

İkinci mif bundan ibarətdir ki, dekabrın 7-də təkcə Pörl Harbora hücum edilib. Halbuki eyni gündə Yaponiya qüvvələri Filippin, Veyk Adası, Quam, Malayziya, Tailanda hücum etmişdilər. Həmin gün Britaniyanın iki nəhəng gəmisi batırılmışdı ki, Vinston Çörçill bununla İngiltərənin Sakit Okean hövzəsində məğlubiyyətə uğraması qənaətinə gəlmişdi.

Üçüncü mif budur ki, ABŞ ordusu dərhal Yaponiyanın təcavüzünə layiqincə cavab verdi. Reallıq isə budur ki, Pörl Harbora hücumdan sonra nəinki ABŞ uzun müddət özünə gələ bilməd, Sakit Okean cəbhəsində bir-birinin ardınca məğlubiyyətlərə uğradı, xeyli ərazi itirdi. ABŞ qüvvələri yalnız 1942-ci ilin fevralında toparlanıb Marşall Adalarında əks-hücuma başlaya bildilər.

Dördüncüsü, 7 dekabr hücumundan sonra ABŞ-da təkcə yapon mənşəli vətəndaşlar deyil, alman və italyan mənşəli adamlar da həbs olunmuşdu. Hücumdan sonrakı 48 saat ərzində Federal Təhqiqat Bürosu mindən çox adamı casusluqda şübhəli bilərək saxlamışdı.

Beşinci və sonuncu mif odur ki, Pörl Harbora hücumdan dərhal sonra ABŞ İkinci Dünya müharibəsinə daxil oldu. Məsələ ondadır ki, hücumdan sonra ABŞ yalnız Yaponiyaya müharibə elan etdi. Dekabrın 11-də Almaniya və İtaliyanın ABŞ-a müharibə elan etməsi ilə ABŞ İkinci Dünya Müharibəsinə daxil oldu. Belə ki, Pörl Harbor hücumunadək ABŞ-da təcridçi cərəyan xeyli güclü idi; Charles Linberg və Volt Disney kimi ictimai xadimlər Amerikanın hansısa müharibədə iştirakının əleyhinə çıxırdılar. Üç minə yaxın ABŞ dənizçisinin Havay limanında ölümü cəmiyyəti müharibənin vacibliyinə inandırdı və amerikalıları səfərbər etdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories