Wayne Merry: Qarabağda müharibə təhlükəsi realdır (VİDEO)

Posted December 9th, 2011 at 1:35 pm (UTC-5)
Leave a comment

Dekabrın 7-də ABŞ Konqresi nəzdində ATƏT üzrə Helsinki Komissiyası “Qafqazda Münaqişələr: Həll Perspektivləri” başlıqlı dinləmə keçirdi.   Bu yaxınlarda Dağlıq Qarabağdan qayıtmış Veyn Merri hərbi təhlillə müşayiət olunan çıxışında müharibənin başlanmasına dair həyəcan təbili çaldı.  Dağlıq Qarabağı dünyanın ən hərbiləşmiş regionlarından biri adlandıran Merri minalarla örtülmüş bu ərazidə çox sayda tank, zirehli maşın və artilleriya qurğularının cəmləşdiyini söylədi: “Mən Ağdamda cəbhə xəttindəki səngərdə idim. Azərbaycan qüvvələrindən 200 metr aralıda.”  Merrinin sözlərinə görə, hər iki tərəfdə müharibənin labüdlüyünə dair qənaət formalaşıb, və tərəflər bir-birinin hərbi imkanlarını yanlış dəyərləndirərək hərbi vasitə ilə problemi həll edəcəklərinə ümid bəsləyirlər.

Çıxışında Veyn Merri Dağlıq Qarabağ münaqişəsinin perspektivləri barədə bir neçə tezis irəli sürdü.  Merrinin sözlərinə görə hazırkı atəşkəs vəziyyəti sülhün möhkəmlənməsinə deyil, əksinə, müharibə ehtimalının artmasına xidmət göstərir.  Soyuq Müharibə dönəmində ABŞ-la SSRİ arasında mövcud olan kommunikasiya xətlərinə oxşar komunikasiya Azərbaycan və Ermənistan arasında yoxdur.  Bu, isə tərəflər arasında etimadın sıfır səviyyəsində olduğunu göstərir.  Sülh prosesindən təcrid olunmuş cəmiyyətlərdə müharibə nəinki labüd perspektiv kimi qəbul olunur, bəzi hallarda arzu olunan nəticə təsiri bağışlayır.

Yüksək rütbəli kəşfiyyat və hərbi rəsmilərlə təmasda olduğunu vurğulayan Merri Amerikanın siyasi dairələrində də Dağlıq Qarabağ münaqişəsinin alovlanacağına dair narahatlıq olduğuna diqqət çəkdi.  “Yeni müharibə 1991-94-cü ilə müharibəsinə bənzəməyəcək.  O müharibə piyada əsgərlər arasında toqquşmalardan ibarət idi. Ara-sıra artilleriya və zirehli texnikadan istifadə olunurdu. O vaxtdan bəri Dağlıq Qarabağ əsl istehkama çevrilib – həm təbii topoqrafiya baxımdan, həm də eşelon müdafiə sistemi baxımdan.  Qarabağ uğrunda yeni müharibə əslində mühasirə olacaq.”  Merrinin sözlərinə görə vəziyyəti ağırlaşdıran başlıca faktorlardan biri Rusiyanın Ermənistana, Türkiyənin isə Azərbaycana qahmar çıxmasıdır ki, bu, da məhdud münaqişəni regional müharibəyə çevirə bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories