Dekabrın 21-də Vaşinqtonda (Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda) AZAD-ın sponsorluğu ilə “Azərbaycan: Narazılığın Artan Səsləri” başlıqlı forum keçirildi.  Forumda çıxış edən tarixçi Cəmil Həsənli və politoloq Hikmət Hacızadə Azərbaycanda genişlənən etiraz dalğası, ölkədə vüsət almış korrupsiya və hazırkı siyasi atmosfer haqda danışdılar. Natiqlər foruma gəlmiş iştirakçıların Azərbaycandakı durumla bağlı suallarını cavablandırdılar.