Abraham Lincoln və John F. Kennedy

Posted January 21st, 2012 at 12:56 pm (UTC-5)
Leave a comment

Abraham Lincoln 1846-cı ildə Konqresə seçilib.
John F. Kennedy 1946-cı ildə Konqresə seçilib.

Abraham Lincoln 1860-cı ildə Prezident seçilib.
John F. Kennedy 1960-cı ildə Prezident seçilib.

Hər ikisi vətəndaş hüquqlarının müdafiəçisi olub.

Hər iki prezidentin xanımları Ağ Evdə yaşayarkən uşaq itiriblər.

Hər ikisi cümə günü güllə ilə vurulub.

Hər ikisi başından vurulub.

Lincolnun katibəsi Kennedy adlanırdı.
Kennedynin katibəsi Lincoln adlanırdı.

Hər ikisi cənublu tərəfindən qətlə yetirilib.

Hər ikisini prezident vəzifəsində cənublu əvəzləyib.

Lincolnu əvəzləyən Andrew Johnson 1808-ci ildə anadan olub.
Kennedyni əvəzləyən Lyndon Johnson 1908-ci ildə anadan olub.

Lincolnu öldürən John Wilkes Booth 1839-cu ildə doğulub.
Kennedyni öldürən Lee Harvey Oswald 1939-cu ildə doğulub.

Hər iki qatil üç adı ilə tanınıb. Hər ikisinin adlarında 15 hərf var.

Lincoln Ford teatrında güllələnib.
Kennedy Ford Linkoln markalı maşında güllələnib.

Booth teatrda qaçaraq anbarda gizlənib.
Oswald anbardan qaçaraq teatrda gizlənib.

Booth və Oswald hər ikisi məhkəmədən qabaq güllə ilə vurulublar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories