Vaşinqtonda yüzdən çox adamın qatıldığı tədbirdə çıxış edən Hikmət Hacızadə Azərbaycanda psevdo-demokratiya mövcud olduğunu dedi.  Cənab Hacızadə bildirdi ki, hər il Azərbaycanda parlament, seçki komissiyası, ombudsman və başqa qondarma xarakter daşıyan təsisatların saxlanmasına 43.4 milyon dollar pul sərf olunur.  Halbuki, bu təsisatlar heç bir demokratik funksiya yerinə yetirmir və sadəcə hakimiyyətdə oturan şəxslərin mövqeyini əks etdirir.