ABŞ-da İrqlərarası Nikahlar Artır

Posted February 17th, 2012 at 11:05 am (UTC-5)
2 comments

Birləşmiş Ştatlarda irqlərarası nikahların sayı artaraq 4.8 milyona çatıb.  Beləliklə, hər 12 amerikalı cütlükdən biri fərqli irqlərdən ibarətdir.  Bu göstərici Amerikaya asiyalı və ispandillilərin son illərdə axını sayəsində əldə olunub.  İndi qaradərililər də əvvəl olduğundan daha çox ağlarla ailə qururlar.

Pew Araşdırmalar Mərkəzinin apardığı araşdırmalar göstərir ki, irqlərarası nikahlardan yaranan uşaqlar Amerikada irqi mənsubiyyət anlayışını sürətlə dəyişir.  ABŞ Ali Məhkəməsinin irqlərarası nikahlara qadağanı ləğv etməsindən təqribən 40 il keçmiş, ağlarla qaraların arasında nikahlar ən çox Virciniyada qeydə alınıb.  Paytaxt Vaşinqtonda evlənən beş adamdan biri irqlər arasındakı hüdudu adlayıb.

1980-ci illə müqayisədə öz irqindən xaricdə adamlarla ailə quran ağların sayı ikiqat artaraq 9 faizə qalxıb.  Qeyri-qaradərililərlə evlənən afro-amerikalıların sayı üçqat artaraq 17 faizə yüksəlib.  Ən çox başqa irqlərin nümayəndələri ilə evlənənlər isə asiyalılar və ispandillilərdir.  Asiyalıların dörddə biri qeyri-asiyalı ilə evlənib.

Araşdırmalara əsasən, 2010-cu ildə qeydə alınmış nikahların 15 faizi irqlərarası nikahlardır.  Bu rəqəm 30 il əvvəllə müqayisədə iki dəfə çoxdur.  1980-ci ildə irqlərarası nikahların sayı 3 faiz, indi isə bu rəqəm 8 faiz təşkil edir.

2 responses to “ABŞ-da İrqlərarası Nikahlar Artır”

  1. huzur says:

    that is interesting but i have a question”is it love or kind of policy?”

    • aasgarov says:

      I’m not sure how this can be a policy. Even Aladdin’s genie can’t make people fall in love:)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories