Martın 6-da Vaşinqtonda yerləşən Hudson İnstitutunda “Rusiyada Prezident Seçkiləri: Putinizm 2.0 Yaxud Daha Yaxşı?” başlıqlı diskussiya keçirildi.  Rusiyalı və amerikalı ekspertlər Vladimir Putinin yenidən prezident seçilməsinin gələcək təsirlərini, Rusiyada demokratik hərəkatın mahiyyətini və uzun-dönəmli geostrateji faktorları müzakirə etdilər.  Rusiyalı politoloq Andrey Pyontkovski, Amerika Sahibkarlıq İnstitutunun Rusiya üzrə eksperti Leon Aron və Jamestown Fondunun prezidenti Qlen Hovard öz düşüncələrini tədbir iştirakçıları ilə paylaşdılar.