Dünyanın Ən Gözəl Həbsxanası

Posted May 28th, 2012 at 1:27 pm (UTC-5)
Leave a comment

Təsəvvür edin:  Küknar ağacları, qayalı sahilləri, göz oxşayan fermaları və taxta kotecləri ilə tanınan kiçik Noveç adası.  Amma əslində buranın sakinləri “dünyanın ən yaxşı həbsxanası” titulunu qazanmış məkanın məhbuslarıdır.  Burada keşikçilər uniforma geymirlər və məhbusların öz otaqlarına açarları var.  Adada qalmağa məhkum edilmiş 115 məhbus çimərlikdə hava qəbul edə, balıq tuta, tennis oynaya yaxud da saunada dincələ bilər.

Bastoy Həbsxanasında cəza çəkənlər heç də yüngül cinayət törətmiş adamlar deyil.  Onların çoxu buraya qətl və zorlama kimi ittihamlarla məhkum olunaraq gətiriliblər.  Məhbəsin rəisi Arne Kvernik Nilsen məhbuslar üçün kurort şəraiti yaradılmasından çox da narahat deyil.  Əsas məqsəd bura düşən adamların yenidən cinayət törətmələrinin qarşısın almaqdır, deyə o, bildirir.  Nilsenin fikrincə cəzanın başlıca hədəfi qisas yox, təkrar cinayətlərin qarşısını  almaqdır.

Maraqlıdır ki, Bastoydakı residivizm reyti çox aşağıdır – ölkədəki başqa məhbəslərlə müqayisədə 16 faiz aşağı.  ABŞ həbsxanaları ilə müqayisədə isə bu rəqəm xeyli aşağıdır.  Belə ki, Amerikada azadlığa çıxan məhbsuların 43 faizi növbəti iki il ərzində yenidən cinayət törədir.  Bastoydakı bütün məhbuslar işləməlidirlər və onlar öz yeməklərini işdən qazandıqları pulla ödəyirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories