İngiltərə kralı I Corc ingilis dilində danışa bilmirdi. O, Almaniyada boya başa çatmışdı və 1714-1727-ci illər arasında İngiltərə kralı olmasına baxmayaraq heç vaxt ingilis dilini öyrənmədi. I Corc bu səbəbdən ölkənin idarəçiliyini nazirlərə tapşırmışdı. “Nazirlər Kabineti” anlamı bu məqamdan qaynaqlanır.

“Günəş Kral” kimi tanınan XVI Lüdoviq deyilənlərə görə XIII Lüdoviqin deyil, Fransada general qismində xidmət edən danimarkalı əsilzadənin oğlu olub. Lüdoviq böyüyəndə, həmin adam Fransanı tərk etməli olmuşdu, çünki Lüdoviq ərsəyə gəldikcə büsbütün ona oxşayırdı.

İspaniya kralı Alfonso musiqi qabiliyyətindən o qədər xali idi ki, onun yanında həmişə “Himn Adamı” adlanan məmur olardı. Bu məmurun yeganə vəzifəsi İspaniya milli himni çalınarkən krala xatırlatmaq idi ki, Alfonso ayağa qalxsın.

Rusiya çarı I Pavel addımlayarkən səhvə yol verən əsgərləri Sibirə sürgün edirdi.

Rusiya imperatoru Yekaterina qıdığlanmaqla istirahət edərdi.

Britaniya kraliçası I Elizabet özünü təmizlik ilahəsi hesab edirdi. Belə ki, lazım gəldi-gəlmədi, o, hər üç aydan bir vanna qəbul edirdi.

Bütün həyatı boyu Kraliça İsabella cəmi iki dəfə yuyunub.

Kraliça Lidiya Lililuokalani Havay Adalarının sonuncu monarxı olub. O, Amerika Birləşmiş Ştatları tarixində yeganə monarx olub. Havay 1959-cu ildə Amerikanın 50-ci ştatı statusunu qazanıb.