Mişel Obamanın Hekayəsi

Posted September 5th, 2012 at 11:54 am (UTC-5)
Leave a comment

“Demokratların Milli Qurultayında Mitt Romniyə ən ağır zərbəni birinci xanım Mişel Obama vurdu – özü də Romninin adını bircə dəfə də çəkmədən,” deyə E. J. Dionne yazır.  Özünün yoxsul keçmişini nəql etməklə Demokrat prezidentin həyat yoldaşı Obamalarla milyoner Romnilər arasında sərt təzadın portretini cızdı.  Amerikalıların böyük əksəriyyəti varlı deyil.  Mişel Obamanın haqqında danışdığı məşəqqətli keçmiş onların  çoxuna tanış gəlirdi.  “Onun demək istədiyi o idi ki, Barak Obama əziyyət çəkən insanları başa düşür.”

Sırf şəxsi hekayələr üzərində qurulmuş nitq əslində ciddi siyasi mahiyyət daşıyırdı.  İqtisadi böhran Amerikada sinfi fərqləri bir az da qabardıb.  8 faizdən çox işsizliyin hökm sürdüyü ölkədə az adam var ki, hansısa yaxını Amerika Xülyasından uzaq düşməsin.  Demokratik cəmiyyətin başlıca xüsusiyyətlərindən biri budur ki, insanlar özlərinə seçdikləri rəhbərlərdə tanış cizgiləri görməyə can atırlar.  Atası qubernator, özü isə multimilyoner olan Respublikaçı namizəd Mitt Romnidə dolanışıq problemləri ilə üzləşən adamların təcrübəsini sezmək çətindir.  Mişel Obamanın hekayəsi isə az qala başdan ayağadək bu ştrixlərə hesablanmışdı.

“Uğur adamın nə qədər pul qazanması haqda yox, onun insanların həyatına gətirdiyi dəyişikliklər barədədir,” əri haqda danışan Mişel Obama söylədi. Nikahlarının ilk günlərində nəhəng tələbə borcları ilə üzləşdiklərini vurğulayan Mişel Obama həmin vaxtlar onların aylıq tələbə borclarının aylıq kirayə pulundan daha çox olduğunu bildirdi.  Eyni zamanda ailə dəyərlərinə toxunan birinci xanım atasının kasıb olmasına baxmayaraq uşasqlarına ali təhsil verməkdə qəti olduğunu və ailsəi qarşısındakı məsuliyyətlərini vicdanla yerinə yetirdiyini qurultay iştirakçılarına çatdırdı.  Nitqin mesajı Demokratların seçki platforması ilə əks-səda verirdi: Amerikada hökumət yardımına ehtiyacı olan çox sayda adam var.  Onlar zəhmətkeş vətəndaş və vicdanlı ailə üzvləridir.   Hökumət bütün problemləri həll edə bilməz, amma lazımi və mümkün məqamlarda vətəndaşlara əl tuta bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories