Seçkiləri Kim Udacaq?

Posted October 28th, 2012 at 9:25 am (UTC-5)
Leave a comment

ABŞ kimi nəhəng demokratiyalarda seçkilərin taleyini iqtisadi faktorlar və namizədlərin cazibədarlığı ilə yanaşı həm də seçicilərin demoqrafik tərkibi müəyyən edir.  İnsanların hansı zümrəyə mənsub olması bir seçici kimi onların səslərinə təsir göstərən ən başlıca amildir.  Məsələn, 2008-ci ildə afro-amerikalılar arasında prezident Barak Obamaya səs verənlərin sayı 95 faiz təşkil edirdi.  Evli olmayan qadınların 70 faizi Barak Obamaya səs vermişdi.  İspandillilər arasında bu rəqəm 67 faiz təşkil edirdi.

Aparıcı rəy sorğusu şirkəti olan Gallup hesab edir ki, 2012-ci ildə elektoratın tərkibi 2008, hətta 2004-cü illə müqayisədə əsasən dəyişməz qalır.  Prezident Obamanın elektoral koalisiyasının başlıca qüvvələri olan irqi-etnik azlıqlar, qadınlar, gənclər və yüksək ali təhsili vətəndaşlar yenidən səsvermə məntəqələrinə axışacaqlar.  2012-ci il seçkiləri üçün elektoratın 48 faizini kişilər, 52 faizini qadınlar təşkil edir.  Ağlar seçicilərin keçən dəfəki seçkilərdə olduğu kimi 78, qaradərililər 11, ispandillilər 7 faizini təşkil edir.  50 yaşdan yuxarı seçicilər arasında cüzi artım müşahidə olunur.  Daha böyük artım isə özünü Respublikaçı kimi təsvir edən adamların sayında nəzərə çarpır.  2008-ci ildə bu rəqəm 29 faiz idisə, hazırda bu rəqəm 36 faiz təşkil edir.  Müqayisədə özünü Demokrat adlandıran adamların faizi 39-dan 35-ə enib.

Əgər seçiicilər əvvəlki davranışlarını təkrar etsələr – və onlar güman ki, bunu edəcəklər – onda qalibin prezident Barak Obama olacağı ehtimal edilə bilər.  Amma məsələ orasındadır ki, Amerikada “likely voter” deyilən (səs verməyə meylli adam) anlam  var ki, səsvermədən kimin qalib çıxıb-çıxmamasında bu faktor olduqca böyük rol oynayır.  Reallıq budur ki, amerikalıların əhəmiyyətli kəsimi seçkilərdə iştirak etmir.  Sadə rəy sorğusu hanısa namizədin o birini asanlıqla məğlub etdiyini göstərə bilər.  Amma tərəfdar olduqlarını deyən adamaların çoxu səsverməyə gəlmirsə, onda nəticə etibarilə namizədin tərəfdarlarının sayı yox, onların həvəs dərəcəsi və aqressivliyi çox şeyi həll edir.

Gallup tədqiqatçıları bu baxımdan prezident Obamanın müəyyən problemlərlə üzləşdiyi qənaətindədirlər.  Belə ki, Obamaya dəstək verən afor-amerikalıların sayı ötən seçkilərlə müqayisədə 12 faizdən 11 faizə düşüb ki, bunun elektoral nəticələrdə təsiri böyük ola bilər.  Əksər kateqoriyalarda Obamaya səs vermiş zümrələr arasında seçici fəallığı nisbətən süstləşib ki, bunu təbii səbəblərlə izah etmək olar.  Hər bir seçkidə müxalifət tərəfdarları iqtidar tərəfdarlarından daha fəal və həvəsli olurlar.  Son bir neçə gün ərzində Gallup-ın keçirdiyi rəy sorğuları Respublikaçı namizəd Mitt Romninin prezident Barak Obamanı 50:47 nisbətində üstələdiyini göstərir.  Oxşar göstəricilərə başqa rəy sorğuları da işarə edir.  Rasmussen-nin keçirdiyi rəy sorğusunda əsasən Romni Demokrat rəqibini 50:46 nisbətində üstələyirWashington Post ABC sorğusunun nəticələri ilə fərqin 49:48 nisbətində olduğunu göstərir.

Amerikada belə bir deyim var: “Əsas rəy sorğusu seçkilərdir.” Bu ifadə ABŞ səsverməsi üçün bəlkə də bütün baş demokratiyalardan daha aktualdır.  Belə ki, Amerikada prezident sadə səs çoxluğu ilə deyil, 18-ci əsrdən qalmış elektoral kollec sistemi ilə müəyyənləşir.  Həmçin sistemə sasən səslər vətədnaşların sadə səs çoxluğuna deyil, fərdi ştatlarda vətəndaşların verdikləri səsə istinadən həmin şatatların malik olduqları elektoral səslərin toplanması sonuncunda müəyyən olunur.  Bu, isə o deməkdir ki, 2000-ci ildə olduğu kimi sadə səs çoxluğunu qazanmış namizəd əslində seçkilərdə məğlub ola bilər.  Bu baxımdan amerikalı siyasi texnoloqlar təkcə vətəndaşların dəstəyini qazanmağa yox, həm də sehrli rəqəm sayılan 270 elektoral səs uğrunda mübarizənin qalibi olma şansına yiyələnməyə çalışırlar.  Ona görə ABŞ-da ümummilli rəy sorğuları heç də həmişə Fransa, yaxud Böyük Britaniya kimi başqa demokratiyalarda oynadığı dərəcədə həlledici rol oynamır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories