Prezident Lyndon Johnsonun Əhvalatları

Posted June 26th, 2013 at 11:13 am (UTC-5)
Leave a comment

Bu günlərdə həmkarım mənə sabiq ABŞ Prezidenti Lyndon B. Johnsonun macəralarına dair bir kitab bağışlayıb.  Zarafatlarla, lətifələrlə, atmacalarla, deyimlərlə dolu bu kitab Amerikanın ən məzəli liderlərindən biri olmuş 36-cı prezidentin (1963-69) şəxsiyyətinə və mövcud olduğu siyasi mühitə pəncərədir:

Qəzetdə özü haqda təriflə dolu məqalə oxuduqdan sonra, Prezident Johnson üzünü müşavirə çevirib deyir:  “Kaş ki, atam və anam bunu oxuyaydılar.  Atam ləzzət alardı, anam isə inanardı.”

“Bir gün qızım evə gəlib məndən soruşdu: ‘Ata, kənar müşahidəçi kimi insanlar haqda nə fikirdəsən?’”

Respublikaçı senator Barry Goldwater həvəskar fotoqraf olaraq Demokrat həmkarı Lyndon Johnsonun şəklini çəkmişdi.  Senator Goldwaterin ofisində asılmış bu şəkildə Lyndon Johnsonun avtoqrafı belə oxunurdu: “Barry Goldwaterə sevimli hədəfi Lyndon Johnsondan.”

1960-ci il Demokratların qurultayı zamanı gənc xarici diplomat prezidentliyə namizəd Lyndon Consondan “həqiqi prezidentlik ambisiyaları” haqda soruşanda, Johnson dillənir: “Mənim ən yüksək ambisiyam odur ki, elə bir adamı prezident seçək ki, bütün təyinatları mənə həvalə etsin.”

Senatda çoxluğun lideri olan vaxt, bir dəfə Johnson evə gec və yorğun qayıdır.  Xanımı Lady Bird deyinir: “Lyndon, mən bilmirəm, axı niyə sən əyləncə üçün vaxt ayırmırsan?  Bütün baş senatorlar edir.  Senator Green səndən xeyli qocadır, və hətta o da ziyafətlərdə əylənir.  Bu gün onunla iki dəfə rəqs etmişəm.”

Johnson: “Senator Green? Bütün axşamı onun qanun layihəsini Senatda qəbul etdirmək üçün işləmişəm.”

1960-cı ilin iyununda Demokrat Partiyasından namizəd olmaq məramını açıqladıqdan sonra Lyndon Johnson katoliklərin məskunlaşdığı Nyu Cersiyə səfərə çıxır: “Mən Jack Kennedynin dostuna ötən dəfə dedim ki, biz protestantlar sübut etdik ki, katolikə səs verərik.  İndi mən istəyirəm ki, siz katoliklər protestanta səs verə biləcəyinizi sübut edəsiniz!”

Prezident Johnson kabinet iclası barədə:  “Mən Kabinetin idarəçilikdəki rolu haqda çox düşünmüşəm.  İlk prezidentlər – Washington və Jefferson qərar vermək üçün Kabinetə istinad edərdilər.  Lincoln Kabinetdə səsvermə keçirməklə hər şeyin zayın çıxardı – 7 əleyhinə, 1 lehinə.  Qərar qəbul olundu!”

“Uzun illər əvvəl Texasda öyrənmişəm ki, adama “cəhənnəm ol” deməklə onu oraya göndərmək başqa başqa şeylərdir.”

“Buğa bilirsiz nədir? Sosial statusunu itirmiş öküz.”

“Biz işlərimizdə metodik, müdrik və düşüncəli olmalıyıq.  Spiker Rayburn deyərdi ki, ingilis dilində ən mühüm üç söz bunlardır ‘Bir dəqiqə dayan!’”

“Torpağın ən yaxşı gübrəsi yiyəsinin ayaq izləridir.”

“İstənilən eşşək anbarı təpiklə dağıda bilər, onu qurub yaratmaq isə bacarıqlı dülgər tələb edir.”

Lyndon Johnsonun ofisindəki lövhə: “O VAXT Kİ, DANIŞIRSAN, HƏMİN VAXT HEÇ NƏ ÖYRƏNMİRSƏN.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories