Kapitalizmin Qələbəsi

Posted September 25th, 2013 at 11:36 am (UTC-5)
Leave a comment

“Sahibkarlığa köklənmiş kapitalizm daha çox adamı yoxsulluqdan xilas edir, nəinki yardım,” deyə məşhur rok ulduzu Bono bu yaxınlarda bəyan edib.  İncəsənət xadimləri arasında yoxsulluğa qarşı ən çox mübarizə aparan irlandiyalı müğənni bu qənaətə gəlmək üçün uzun yol qət edib.  Bu həmin Bonodur ki, bir vaxtlar varlı ölkələrin rəhbərliklərini xarici yardıma kifayət qədər maliyyə vəsaitləri ayrımadıqlarına görə tənqid edərdi.  Amma indi kasıbların müdafiəçisi kimi ad qazanmış roker deyir ki, yoxsulluğun əsl çarəsi xarici yardım və müavinətlər deyil, azad sahibkarlığın inkişafıdır.  Yoxsullara kömək etməyin ən yaxşı yolu onları bazardan kənarda saxlamaq yox, onları bazara cəlb etməkdir, deyə Bono israr edir.

National Review məcmuəsinnin köşə yazarı Maykl Tanner bu sentimenti büsbütün paylaşır.    Onun sözlərinə görə kapitalizmin insanların rifahında oynadığı müsbət rolu anlamaq üçün keçmişə səthi nəzər salmaq kifayət edir.  “Bəşər tarixi boyunca az qala hər kəs yoxsul olub.  Hətta bizim ən varlı əcdadlarımız da bü gün sadə amerikalıarın malik olduqları həyat standartlarından aşağı səviyyədə yaşayıblar. ”  Tannerin yazıdğına görə Qərb sivilizasiysına həqiqi firavanlıq 19-cu əsrin əvvəllərində Sənaye İnqilabının kulminasiya nöqtəsinə çatmasından sonra gəldi.  Baş verənlərin məğzini izah etmək üçün Tanner tarixçi Çarlz Murreyə istinad edir:   “Kapitalizmin ayaq basdığı hər məkanda milli var-dövlət artmağa və yoxsulluq düşməyə başladı.  O yerdə ki, kapitalizm ayaq tuta bilmədi, orada yoxsulluq qaldı.  O vaxtdan bəri bütün o yerlərdə ki, kapitalizm rədd olunub, oralarda yoxsulluq artıb.”

Tannerin sözlərinə görə dəyişiklik Qərbdən başlayıb və daha sonra dünyanın başqa yerlərinə yayılıb.   Azad bazar və mülkiyyət hüquqları möhkəmləndikcə Qərbin iqtisadi qüdrətinin artması başqaları üçün dəyərli örnək olub.  Buna ən bazir nümunə ötən 20 ildə kommunizmdən kapitalizmə keçid etmiş və bununla da dünyanın ən varlı ölkələr siyahısına qədəm qoymuş Çindir.  Tanner yazır ki, ötən onilliklərdə 680 milyon çinli kasıbçılığın daşını atıb.  İfrat yoxsulluq həddi 84 faizdən 10 faizə düşüb.  Eyni proseslər Hindistanda da baş verib.  1991-ci ildə sosialist iqtisadi sistemi ilə vidalaşan ölkədə aclıq 90 faiz azalıb.

Əslində bu fərqi sezmək üçün Şərqi və Qərbi Almaniyalar, yaxuid Şimali və Cənubi Koreyalara arasındakı təzada baxmaq da kifayət edərdi.  Tanner  Kato İnstitutunun 2009-cu ildə hazırladığı İqtisadi Azadlıqların Dünya üzrə İndeksinə nəzər salır.  İndeksin ən yüksək pillələrində qərar tutan ölkələrdə adambaşı ümumdaxili məhsul $31,501 təşkil etdiyi halda ən aşağı pillələrdə yer alan ölkələrdə bu rəqəm $4,545–dir.    Bir sözlə, iqtisadi baxımdan azad ölkələrin ən yoxsul 10 faizi, qeyri-azad ölkələrin gəlirlərindən ikiqat artıq gəlirə malikdir.

“Kapitalizm innovasiyaya, təşəbbüskarlığa və kəşflərə maksimum yol açır.  İnsanlar başqalarının arzuladıqları malları və xidmətləri təklif etməklə varlanırlar.  O adamlar ki, yeni və daha yaxşı mallar və xidmətlər kəşf edirlər, onlar daha sürətlə varlanırlar.”   Tanner davam edir: “Kapitalizm təkcə var-dövlət yaratmır, o həm də imkan yaradır.  Kapitalist sistemində fərdin gələcəyi onun sosial statusuna, kastasına təhkim olunmayıb.   Amerikalı milyonerlərin 80 faizi öz nəsillərində ilk milyoner olan adamlardan ibarətdir.”  Amerika cəmiyyətini onun siyasi düşmənləri tez-tez irqi ədalətsizlikdə, sosial bərabərsizlikdə günahlandırırlar.   Amma fakt budur ki, təkcə afro-amerikalılar arasında bu gün 35,000 milyoner var.  Bu rəqəm əksər ölkələrdə mövcud olan milyonerlərin ümumi sayından çoxdur.  Milyonerləri çox olan cəmiyyət daha firavan, daha yaşamalı cəmiyyətdir.  Buna isə yalnız azad bazar prisniplərini, sahibkarlığı, mülkiyyət hüquqlarını əks etidrən kapitalizmlə nail olmaq mümkündür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories