Meksika Möcüzəsi

Posted January 8th, 2014 at 3:26 pm (UTC-5)
Leave a comment

A fan of Mexico smiles before the Confederations Cup Group A soccer match between Mexico and Italy at the Estadio Maracana in Rio de Janeiro“Əksər amerikalıların nəzərində Meksika zorakı narkotika müharibələrinin məskəni və yüz minlərlə vətəndaşını qeyri-qanuni ABŞ-a göndərən ölkə kimi ad çıxarıb.  Amma bu təəssürat hazırkı reallığı əks etdirmir,” deyə Maykl Baroun ABŞ-ın cənub qonşusunun apardığı islahatlardan yazır.  Müəllifin sözlərinə görə son onilliklərdə siyasi və iqtisadi infrastrukturunda mühüm dəyişikliklər etmiş Meksika üçüncü dünya ölkəsi olmağın daşını atmaqdadır.  “Narkotika müharibələri səngiyib və 2007-ci ildən bəri Meksikadan ABŞ-a gələn mühacirlərin sayı sıfıra enib.”  Bəs Meksika bu uğura necə nail olub? Şimali Amerikanın ən yoxsul ölkəsi özünü necə dirçəldir?  Barounun verdiyi təhlil bir çox üçüncü dünya ölkələrinin vətəndaşları və liderləri üçün praktiki örnək sayıla bilər.

Əksər inkişafdan qalan başqa ölkələr kimi Meksika da uzun illər korrupsiya və cinayət girdabında üzüb.  Siyasi həyatı bir partiyanın – paradoksal olaraq İnstitutsional İnqilab Partiyası adlanan qüvvənin nəzarəti altında olan bu ölkə 1929-cu ildən 2000-ci ilədək prezident və az qala bütün qubernator saraylarına sahib olub.  “Bu sistemə əsasən prezidentlər birdəfəlik 6 illik dönəm hakimiyyətdə qalır, sonuncu ildə isə öz varislərini ictimaiyyət qarşısında nümayiş etdirib fəlakətlərlə müşayiət olunan ili başa vurardırlar,” deyə Baroun yazır.  “Ofisə gələn yeni prezident isə bütün ölkənin problemlərini adətən ölkəni tərk etmiş öz sələflərinin boynuna yıxardı.” Meksikanı geri salan konkret bir problem deyildi.  Sınıq siyasi sistem, qeyri-işlək təsisatların davamiyyəti ildən ilə Meksikanı şimaldakı qonşularından arxada qoyurdu.  İllər ötdükcə Mekksikda korrupsiya mütəmadi hal aldı, valyuta öz dəyərini itirdi və ölkə Amerikaya qara iş dalınca axışan mühacir mənbəyinə çevrildi.

Hər şey 1988-ci ildə prezident Karlos Salinasın hakimiyyəti dönəmində imzalanan NAFTA ictarət razılığından başladı.  ABŞ və Kanada ilə birgə rəsmən azad ticarətə qol qoyan Meksika sürətlə dirçəlməyə başladı.  Dirçəlişin əsasında Meksika mallarının sərbəst şəkildə ABŞ və Kanada bazarlarına çıxması və şimal qonuşlarının məhsulları ilə müqayisədə rəqabətcilliyi artırması idi.  Meksikanın yürütdüyü açıq qapı siyasəti Marksistlərin iddia etdiyi kimi ölkəni şimal korporasiyalarının qurbanına çevirmədi.  Əksinə, azad ticarət olan yerdə Meksika bizneslərinin rəqabətcilliyi artdı, onların məhsullarının keyfiyyəti yaxşılaşdı və nəhayət bazarları xeyli genişləndi.  Azad ticarət zonasının tərkibində olan Meksikada həyat standartları da tədricən ABŞ və Kanada standartlarına yaxınlaşmağa başladı.

Prezident Enrik Penya Nieto

Prezident Enrik Penya Nieto

Təbii ki, burada siyasi islahatlar başlıca rol oynadı.  Mərkəz-sağcı Vinsente Foks və Felipe Kalderonun prezidentlikləri dönəmində hökumətlər iqtisadi sistemin liberallaşdırılması üçün bir sıra mühüm addımlar atdılar.  2012-ci ilin iyulunda meksikalılar İnstitutsional İnqilab Partiyasının təmsilçisi Enrik Penya Nietonu hakimiyyətə gətirdilər.  Barounun sözlərinə görə ilk baxışdan adi siyasətçi təsiri bağışlayan Nietonun islahatları çox effektiv olub.  Müxalifət partiyaları ilə yaxından əməkdaşlıq edən prezident təhsildə, neft və telekommunikasiya sektorunda ciddi islahatlara imza atıb.  Qeyri-effektiv müəllimlərin işdən azad edilməsini asanlaşdırmaqla, PEMEX dövlət neft şirkətinin neft sektorundakı hegemonluğuna son qoymaqla və telekommunikasiyada Carlos Slimi dünyanın ən varlı adamına çevirən inhisarı dağıtmaqla  Enrik Penya Nieto Meksikanı uğurlu kursa qoyub.

Nəticələr göz qabağındadır.  Meksikadakı həyat günü-gündən Birləşmiş Ştatlardakı həyatı xatırladır.  “Meksika artıq orta-sinif millətidir.  Meksikalılar ipoteka sistemindən yararlanaraq yenicə inşa edilmiş evlər alır, Walmart və Costco kimi ticarət mərkəzlərində bazarlıq edir, və amerikalılar kimi iri maşınlar sürürlər.  Bu, isə həm meksikalılar, hə də onların qonşuları üçün xoş xəbərdir,”deyə Baroun bildirir.

İslahatlar öz təsirini Meksikanın çiçəklənən turist sənayesində göstərir.

İslahatlar öz təsirini Meksikanın çiçəklənən turist sənayesində göstərir.

Amerikalılar üçün bir nömrəli turist məkanlarından olan Meksikadakı inkişaf haqda təkcə qəzetdən oxumağa ehtiyac yoxdur.  Son bir neçə ildə səfər etdiyim ölkələr arasında Meksikadan rahat, cazibədar turist məkanı təsəvvür etmək çətindir.  Aeroportdan tutmuş otelədək, firuzə rəngli çimərliklərədək mövcud olan rahat xidmət bu ölkənin cənnətə bənzər təbiətini tamamlayır.  Belə görünür ki, bir çox dünya millətlərini azdırmış üçüncü sistem axtarışını bir kənara qoyan meksikalılar uğura aparan yolun formulunu şimaldakı qonşularından öyrəniblər  –demokratiya, qanun aliliyi, azad bazar, və polad kimi möhkəm mülkiyyət hüquqları.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories