Təbiət yoxsa Tərbiyə?

Posted April 15th, 2014 at 1:28 pm (UTC-5)
Leave a comment

260661_v1“Bu günlər valideynliyin müxtəlif növləri var. Sərt valideynlərə ‘pələng analar’ deyilir.  Daim uşaqlarının hər addımına nəzarət edənlər ‘vertolyot valideynlər’ adlanır.  Diapazonun əks tərəfində ‘azad ruhlu valideynlər’dir ki, onlar uşaqlarına tam sərbəstlik verirlər,” Joe Donatelli yazır.  “Valideynlik üslubu üzərində tüğyan edən debatlarda məntiqi şərt bundan ibarətdir ki, tərbiyənin uşağın gələcəyində böyük rolu var.  Yaxşı, bəs mümkündürmü ki, valdeynliyin uşaqlara bir elə təsiri olmasın?” deyə pisxoloq sual edir.  Həqiqətən də, ola bilərmi ki, valdeynin onu necə bəsləməsindən asılı olmayaraq uşaq həyat yolunu öz bildiyi kimi getsin?

Donatellinin yazdığına görə əkiz uşaqlar və bacı-qardaşlar üzərində aparılan geniş araşdırmalar aşkar edib ki, tərbiyə ata-ananın güman etdiyi qədər övladın inkişafında rol oynamır.  Bu tədiqiqatlar göstərir ki, insanın xasiyyətinə, sağlamlığına və müvəffəq olmaq şanslarına gəldikdə, genlər valideyn tərbiyəsini üstələyir. Əlbəttə, bu, o demək deyil ki, valdeynlərin heç bir təsiri yoxdur.  “Araşdırma göstərir ki, valideynlərin əsasən qısa dönəmdə uşaqları ağllı seçimə yönəltməkdə qüdrətləri var,” Donatelli nigaran valideynləri arxayın edir.  Amma toplanan dəlillər göstərir ki, aşağıda sadalanan beş faktorda təbiət əsasən qalib çıxır.

TƏHSİL: 2013-cü ildə Britaniya alimləri 11,000 oxşar  və qeyri oxşar 16 yaşlı əkzilərin akademik göstəricilərini təhlil ediblər.  Onlar aşkar ediblər ki, şagirdlərin qiymətlərində ən böyük rolu, müəllimlər, məktəblər yaxud ailə mühiti deyil, genlər oynayıb.  Övladlığa götürülmüş Koreya mənşəli amerikalı uşaqlar üzərində aparılan araşdırma göstərib ki, universitet təhsilli valideyn təfindən böyüdülmək onların ali təhsil almaq şanslarını 7 faiz artırır.  Amma genetik olaraq ali təhsilli valideynə malik olmaq bu şansı 26 faiz edir – tərbiyə verənin kimliyindən asılı olmayaraq.

XOŞBƏXTLİK: Minnesota ştatında əkizlər üzərində aparılan araşdırma müəyyən edib ki, insan xoşbəxtliyinin tən yarısı genetik faktorlarla bağlıdır.  40 faiz baş verən hadisələr, 10 faiz isə insanın özündən asılıdır.  İqtisadçı Bryan Caplan hesab edir ki, valideynlərə övladlarının xoşbəxtliyindəki rolları şişirdilmiş görünür.  Onun hesablamalarına görə, eyni DNK-nı paylaşan əkizlərin xoşbəxtlik səviyyəsi bərabər olduğu halda, bir evdə yaşayan, amma DNK-nı bölüşməyən uşaqların xoşbəxtlik səviyyələri fərqlənir. “Yaş müəyyən həddi keçdikdən sonra valideynlərinin keçmiş səhvləri sənin indiki bədbəxtliyinə əsas ola bilməz,” Caplan yazır.

XARAKTER: “Heç kim beşiyə baxıb demir: “Balacan, ümid edirəm ki, bir gün böyüyüb mərdiməzar olacaqsan.  Amma fakt budur ki, həyatın bütün sahələrində,  barlardan tutmuş iş yerlərinədək tez-tez pis adamlara rast gəlirik.”  Valideynləri onları mərdiməzar olmaq arzusu ilə böyütməyib.  Onlar özləri belə çıxıblar.  Alimlər konkret insanın xarakterini müəyyən edən bioloji geni müəyyən etməyiblər.  Amma yüzdən çox araşdırma  göstərir ki, kriminal davranışda miras qalmış genlərin rolu kifayət qədər yüksəkdir.

ÇƏKİ: Köklüyə gəlidkə təbiət tərbiyəyə çəngəl batırır və onu siropla qarışdırıb udur, üstündən də şirəli koka-kola içir.  Alimlər artıq siçanlarda köklük əmələ gətirən DNK genini aşkar ediblər.  DNK-sı manipulyasiya edilmiş siçana və normal siçana eyni mqisdarda qida verildikdən sonra müəyyən olunub ki, köklük geni yeridilən siçanlar daha çox kökəlir.  Alimlər ümid edirlər ki, bu informasiya insanlara çəki problemləri ilə mübarizədə yardım göstərəcək,

VALİDEYNLİK: Genlər habelə uşağa necə valideynlik olunacağını proqnozlaşdırır.  Alimlər etiraf edir ki, sosio-iqtisadi fatorlar və mühit tərbiyəyə müəyyən təsir göstərəcək.  Amma valideynlər başa düşməlidirlər ki, hər bir uşaq fərdi yanaşma tələb edir.  Bir övlada işləyən tərbiyə mexanizmi başqası üçün yararsız ola bilər.  “Valideynlərin uşaqlarla bərabər rəftar etməyə çoxlu vaxt və səy sərf etməsinə ehtiyac yoxdur.  Sadəcə uşağın atributlarnda fərqliliklərdən agah olun və buna uyğun onları tərbiyələndirin,” Joe Donatelli tövsiyə edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories