NATO – Müstəqilliyin qarantı

Posted April 30th, 2014 at 10:17 am (UTC-5)
Leave a comment

A Polish soldier stands near U.S. and Poland's national flags and a NATO flag as U.S. paratroopers from the U.S. Army's 173rd Infantry Brigade Combat Team arrived to participate in training exercises with the Polish army in SwidwinRusiyanın Ukraynaya təcavüzü NATO-nun hərbi ittifaq olaraq mühümlüyünü gündəmə gətirib.  Şübhəsiz, Ukrayna NATO üzvü olsaydı, Krım işğal edilməz və ölkənin şərq vilayətləri ilhaq təhlükəsi qarşısında qalmazdılar.  Belə ki, NATO nizamnaməsinin təməl prinsipi sayılan beşinci maddə alyasın bir üzvünə qarşı hücumu bütün alyans üzvlərinə hücum kimi dəyərləndirir.  Bir sözlə, Rusiyanın NATO üzvü olan Estoniyaya yaxud Latviyaya oxşar hücumu birbaşa ABŞ ərazisinə hücum kimi qiymətləndiriləcək.  Ukrayna isə bu növ təcavüzdən sığortalanmamışdı,

ABŞ-ın BMT-dəki sabiq səfiri John Bolton Weekly Standard məcmuəsində dərc olunan məqaləsində 2008-ci il Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO üzvlüyü prosesinə qatılmamalarını facivəi səhv adlandırır.  “Görəsən 2008-ci ildə avroplalılar Prezident Buşun Ukrayna və Gürcüstanı NATO cığırına gətirmək təklifini rədd etməsəydilər, nə olardı?” Bolton sual edir.  “Vacibdirmi ki, bu gün biz bu ölkələri təcili NATO-ya üzv etməyə çalışaq?”

A man walks past an anti-NATO poster in the Crimean port of SevastopolMüəllifin fikrincə Moskva o zaman sabiq Sovet respublikalarının NATO-dan uzaq saxlanılmasını Qərbin ürkəkliyi kimi dəyərləndirmişdi.  Gürcüstanın NATO-ya daxil ola bilməməsini təcavüzə dəvətnamə kimi yozan Vladimir Putin Buxarest sammitindən 4 ay sonra Gürcüstana qoşun yeritdi, Abxaziya və Cənubi Osetiyanı zəbt etdi. Eyni oyunu ruslar bir neçə il sonra köməksiz durumda qalmış ukraynalıların başına gətirdilər.

“Bəziləri iddia edirlər ki, NATO heç vaxt sabiq Varşava Paktı ölkələrini, ən azı sabiq Sovet respublikalarını alyansa qəbul etməməli idi, çünki coğrafiya və tarix bu ölkələri Rusiyanın təsir dairəsinə məhkum edib.  Bu arqument cəfəngdir, və idda etdiyinin əksini isbat edir.  Ona qalsa, iddia etmək olar ki, Polşa Rusiyanın yox Almaniyanın təsir dairəsinə məxsusdur.  Elə bu cür mübahisələr ucbatından Avropada 20-ci əsrdə iki dünya müharibəsi savaşıldı.  NATO-nun formalaşmasında məqsəd məhz bu cür müharibələrin və Amerika əsgərlərinin nahaq yerə qanlarının axmasının qarşısını almaq idi.  Bu növ köməksiz ölkələri NATO çətiri altına gətirməklə biz həm ABŞ maraqlarını qoruyur, həm də Avropanı sabitləşdiririk.”

Handout photo of three F-35 Joint Strike Fighters flying over Edwards Air Force Base1991-ci ildə SSRİ-nin dağılmasından sonra qüvvə balansının mühümlüyü ilə bağlı müxtəlif illüziyalar peyda oldu.  İllüziyalardan ən böyüyü o idi ki, müasir dönəmdə hərbi alyanslara ehtiyac yoxdur, çünki iri, sivil dövlətlər bir-biri ilə müharibə aparmayacaq.  Ancaq tarix göstərir ki, keçmişin təcrübəsini qulaqardına vurmaq əksər hallarda baha başa gəlir.  “Qüvvəni yalnız qüvvə balanslaşdıra bilər,” deyə politoloq James Burnham əmin-amanlığın formulunu təsvir etmişdi.  Sülhün mövcudluğu çox vaxt aqressiyanın yoxluğundan yox, çəkindirici amilin güclü olmasından irəli gəlir.  İnqilabdan sonrakı Ukraynada olduğu kimi o yerdə ki, balansın zəiflədiyi azacıq hiss olunur və təcavüzkar planlarını həyata keçirməyi mümkün hesab edir, onda münaqişə baş verir, qan tökülür.  Heç şübhəsiz, Vladimir Putinin Ukraynadakı hərəkətləri beynəlxalq düzənin sabitsizləşdirilməsinə yönəlik addım idi.  Eyni zamanda, baş verənlər xatırlatdı ki, sülhün bədəli NATO-nun təhlükəsizlik çətiri və şər qüvvəni balanslaşdırmağa qadir əks-qüvvənin mövcudluğudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories