Amerikanın Etimadı

Posted May 13th, 2014 at 3:05 pm (UTC-5)
Leave a comment

Flags flutter during re-opening ceremony for Washington Monument in Washington“Dünya siyasətində ABŞ prezidenti haqlı olduğuna görə yox, qüdrətli olduğuna görə xal qazanır,” Washington Post qəzetinin jurnalisti David Ignatius yazır.  “Prezident Obamanın dedikləri ölçülüdür, əksəriyyəti düzdür.  Amma o, özünü elə aparır ki, sanki rasional dünyaya danışır.  Halbuki dünya Rusiya prezidenti Vladimir Putin kimilərin meydan suladığı bir yerdir.”

David İgnatius kimi bir çox Amerika ekspertləri Ukrayna və Suriya kimi ölkələrdə baş verən hadisələrin Amerikanın qlobal imicinə və ümumilikdə demokratik dünya düzəninin rifahına təsirindən narahatdırlar.  Freedom House-un son hesabatına əsasən dünya boyu azadlıqların altı ildir ardıcıl olaraq geriləməsi çoxlarında belə bir təsəvvür yaradıb ki, avtoritarizm cərəyanı qlobal miqyasda əks hücuma keçib və sürətlə irəliləyir.

Uğur uğur gətirdiyi kimi, məğlubiyyət də çox vaxt məğlubiyyətlə müşayiət olunur.  Hətta zəifliyin görüntüsü belə məğlubiyyətlər seriyasına yol açır ki, bunların fəsadlarını aradan qaldırmaq hər keçən gün ikiqat artır.  Fəsadları isə sözlə yox, yalnız əməllə aradan qaldırmaq mümkündür, deyə Ignatius müşahidə edir. “Həlledici məqamlarda – Misirdə, Liviyada, Suriyada və Ukraynada administrasiyanın başlıca prioriteti maraqlara əsaslanan qətiyyətli siyasət yox, mesajlama olub.  Çox vaxt administrasiya nəyi necə etməyə yox, nəyi necə deməyə vaxt sərf edib.”

Uruguay's Mujica delivers remarks as Obama welcomes him before their meeting in the Oval Office in WashingtonMüxalifətin Barak Obamanın zəif xarici siyasət yürütdyü haqda ittihamları prezidenti qeyzləndirir.  “Ola bilsin ki, bu ittihamların bəziləri bişməmiş və hətta təhlükəlidir.  Amma Obama yalnız müəyyən nöqtəyədək haqlıdır.  İki il bundan öncə öz müşavirləri prezidentə Suriya müxalifətinə yardım etməyi tövsiyə edəndə onlara qulaq asmaq lazım idi.  Obama hərbi aresenalı Baltikyanı dövlətlərə və Polşaya gətirmək üçün bu qədər gözləməməli idi.” Ignatius yazır.  Prezidentin atdığı hər bir addım istər dost, istərsə də düşmən tərəfinən diqqətlə izlənilir.  Bu addımların zəiflik yaxud güc göstərməsi hadisələrin gedişatına böyük təsir göstərir.

“National Review” məcmuəsinin yazarı Tom Rogan dünya düzənində baş verən geriləmələrin kökünü Suriyada görür.  Onun sözlərinə görə Əsədə qarşı qətiyyət sərgilənməməsi regionda qüvvə boşluğu yaratdı və belə bir təsəvvürə yol açdı ki, Amerika münaqişələrdən yorulub və heç kimlə qarşıdurmaya getmək istəmir.  Rusiyadan tutmuş İranadək şər xislətli rejimlərin çoxu Amerikanın hərəkətlərini diqqətlə müşahidə edir və gördüklərinin əsasında nəticə çıxarırlar.  “Bu gün Amerikanın düşmənləri bu strateji yanlışlığın 2-ci və 3-cü səhnəsinə tamaşa edirlər.  2-i səhnə Əsədin kimyəvi silah proqramlarını ört-basdır etməsi, 3-cü səhnə isə ABŞ-ın Putinin Ukraynadakı təcavüzünə lazımi cavab verməməsidir.”

Azad Dünyanın lideri sayılan Birləşmiş Ştatların hərəkəti də, hərəkətsizliyi də dünyanın müxtəlif guşələrinə mesaj verir.  Güclü Amerika dünya boyu demokratları ürəkləndirir, hərəkətsiz Amerika isə eyni dərəcə despotları ruhlandırır.  Əgər bu gün Putin, Əsəd və başqa tiranların şövqlə davranmasının səbəbini bilmək istəyirsinizsə, onda cavabı Amerikanın xarici siyasətində, konkret olaraq siyasətdəki letargiyada tapmaq olar.  Rogan yazır: “Amerikanın xarici siyasət problemləri həqiqətən də dərin düşüncə və debat tələb edir.  Ələlxüsus söhbət hərbi qüvvəyə əl atmaqdan gedirsə.  Ancaq bu güc sözlərlə ifadə olunursa, onlar gücdən istifadənin təminatı ilə müşayiət olunmalıdır.  Belə bir təminat olmadan bu sözlər boş ritorikya çevrilərək başqalarının strateji hesablamalarına daxil olur.  Nəticə isə Amerikanın azalan etimadı və bu deqradasiyanın təmsil etdiyi təcavüzə dəvətnamə olur.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories