Demokratiyanın Son Kuboku?

Posted June 17th, 2014 at 11:03 am (UTC-5)
Leave a comment

Protesters demonstrate against the public spending for the 2014 World Cup in Rio de JaneiroMümkündürmü ki, Braziliya futbol üzrə dünya çempionatının keçirildiyi sonuncu demokratik ölkə olsun?  Washington Post qəzetinin köşə yazarı Anne Applebaum müşahidə etdiyi narahatedici tendensiyanın bunu diktə etdiyini deyir.  Belə ki, 2018-ci ildə dünya çempionatı Rusiyada, 2022-ci ildə isə Qatarda keçiriləcək.  Mötəbər idman yarışlarının qeyri-demokratik ölkədə keçirilməsi tarixdə nadir hadisə deyil.  Amma çempionatlara ev sahibliyi etmək bahalaşdıqca əhaliyə cavabdeh olmayan, istənilən layihəyə istədikləri qədər pul xərcləyə bilən diktaturalar bu növ yarışları təşkil etməyə daha müvafiq görünürlər.

“İri beynəlxalq idman yarışlarını təşkil etmək külli miqdarda vəsaitə başa gəlir və çıxarı gəlirindən qat-qat artıq olur,” Applebaum yazır.  Bunu bir çox ölkələrin əhaliləri yarışdan sonra dərk etməyə başlayırlar.  Amma Braziliyada baş qaldıran etiraz dalğası prosesi bir az qabaqlayıb.  Bütün dünya boyu şən, gülərüz xarakterlərinə görə tanınan braziliyalılar Dünya Kubokunun öz ölkələrində keçirilməsindən şikayət edirlər.  Hökumətin iqtisadi baxımdan perspektivi olmayan stadionlara milyardlarla dollar vəsait sərf etməsi, ölkənin yoxsul zümrəsini qıcıqlandırır.  Matçların oynanıldığı stadionlar qarşısında toplaşan izdihamlar Dünya Kubokunu korrupsiyada ittiham edir, yarışın təşkilatçısı FİFA-nın rəhbərliyini mafioz kimi təsvir edirlər.

Ucqar Amazon cəngəlliyində inşa edilmiş və milyonlarla dollara başa gəlmiş "Arena Amazonia" stadionunda cəmi 4 çempionat matçı oynanılacaq.

Ucqar Amazon cəngəlliyində inşa edilmiş və milyonlarla dollara başa gəlmiş “Arena Amazonia” stadionunda cəmi 4 çempionat matçı oynanılacaq.

Əlbəttə FİFA-nın bu növ ittihamlarla üzləşməsində təşkilatın məsuliyyəti az deyil.  FİFA israr edir ki, yarışın keçirildiyi ölkələrdə götürülən gəlir yerli hökumətə yox, təşkilata qalmalıdır.  Reklamlardan tutmuş bilet satışlarınadək toplanılan vəsait FİFA-nın xəzinəsinə axır.  Özünü gəlirsiz təşkilat kimi təqdim edən qurumun bank hesabında 1 milyarddan çox pul var.  Qərb mediasında Qatarın 2022-ci il Dünya Kubokuna ev sahibliyi hüququnu rüşvət hesabına qazanması ittihamları geniş yayılıb.  Az adam inanır ki, FİFA kimi mötəbər təşkilat pərdəarxası sövdələşmə olmadan nəhəng bir yarışın ev sahibliyini temperaturun yayda +53 dərəcə selsiyə çatdığı cırtdan ölkəyə həvalə edərdi.

Amma problem təkcə rüşvətdə deyil.  Qatar hökuməti əmindir ki, Braziliya, Norveç, Polşa yaxud Almaniya kimi ölkələrdən fərqli olaraq heç kəs yarışın keçirilməsinə qarşı çıxa bilməz.  Dünya Kubokunun Qatarda keçirilib-keçirilməməsində – və bir çox əksər məsələlərdə – Qartara xalqının rəyi əsas götürülmür.  Əsas olanı ömürlük hakimiyyətdə oturmuş monarxın rəyidir.  Onun da ki, pulu çoxdur.  Braziliyalılardan fərqli olaraq qatarlılar qul əməyi hesabına Dünya Çempionatı üçün stadionlar inşa etdirə bilərlər.  Anne Applebaum yazır ki,  iniyədək bu inşaat layihələrində 400 nepallı miqrant fəhlə artıq dünyasını dəyişib.

Cənubi-Şərqi Asiyadan gəlmiş minlərlə miqrant fəhlə son dərəcə aşağı maaşlara Qatarın inşaat sektorunda işləyir.

Cənubi-Şərqi Asiyadan gəlmiş minlərlə miqrant fəhlə son dərəcə aşağı maaşlara Qatarın inşaat sektorunda işləyir.

Müəllifin sözlərinə görə Dünya Kubokunun ölkələrində keçirilməsinə etiraz edən “braziliyalılar anlayırlar ki, bu stadionlardan bəziəri ‘ağ fillərə’ çevriləcək.”  İfadə vaxtikən Siam monarxları tərəfindən həyata keçirilən praktikadan qaynaqlanır.  Cənubi Şərqi Asiyada krallar öz var-dövlətlərinin göstəricisi kimi sahib olduqları ağ fillərin sayı ilə lovğalanardılar.  Nadir və bəslənməsi çətin olan bu nəhəng heyvanları saxlamaq idarəçilərə külli miqdarda vəsaitə başa gəlirdi, amma şöhrət göstəricisi olaraq idarəçilər ağ filləri mühüm hesab edirdilər.  Əlbəttə bu fillərin yerli əhaliyə heç bir faydası olmurdu, əksinə onları vergilər içərisində batırır və səfaləti daha da dərinləşdirirdi.

Müasir dünyada ağ fil saxlayan yoxdur.  Amma Dünya Çempionatlarına, Olimpiya Oyunlarına evə sahibliyi etməyə və bunun gətirəcəyi şan-şöhrəti öz adına çıxmağa can atan avtoritar liderlərin sayı bəs qədərdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories