Dünyanın 11 Ən Güclü Ordusu

Posted August 5th, 2014 at 10:44 am (UTC-5)
Leave a comment

1. AMERİKA BİRLƏŞMİŞ ŞTATLARIUSA/

Hərbi büdcəsi 612 milyard dollaş təşkil edən ABŞ öz silahlı qüvvələrinə növbəti 10 yerdə gələn dövlətdən daha çox pul sərf edir.  Amerikanın ən mühüm konvensional üstünlüyü 19 təyyarədaşıyan gəmidədir.  Təsəvvür edin ki, dünyanın bütün başqa dövlətlərinin payına ümumilikdə 12 təyyarədaşıyan gəmi düşür.


2. RUSİYA
RUSSIA
Prezident Vladimir Putinin rəhbərliyi altında hərbi büdcəsini üçqat artırmış Rusiya ikinci yerdə gedir.  Kreml hər il orduya 76 milyard dollar xərcləyir.  Rusiyanın 766 minlik aktiv ordusu, 2.5 milyonluq ehtiyat qüvvəsi var.


3. ÇİN

CHINA-DEFENCE/

Hərbi büdcəsi 126 milyard dollar təşkil edən Çin hər il büdcəni 12.2 faiz artırır.  F-35 təyyarələrinin dizaynı kimi Qərbdən hərbi sirləri oğurlamaqda pərgar olan Çin 2.2 milyonluq aktiv ordu saxlayır.


4. HİNDİSTAN

INDIA
2020-ci ilədək Hindistanın hərbi qüvvələrinə xərcləyəcəyi pul dördüncü ən yüksək pillədə olacaq.  Hindistanın malik olduğu ballistik raketlər Pakistan ərazisində istənilən nöqtəni, habelə Çini vurmağa qadirdir.  Az qala yarandığı gündən Hindistanın hərbi strategiyası əsasən pakistanla rəqabəti üzərində qurulub.


5. BÖYÜK BRİTANİYA

AFGHANISTAN/Böyük Britaniya ordusunda növbəti onillikdə ixtisarlar planlaşdırılsa da, uzun müddət Birləşmiş Krallığın hərbi sahədə ön sırada yer alacağı şübhə doğurmur.  Britaniyanın 2020-ci ildə istifadəyə verməyi planlaşdırdığı Kraliça Elizabeth təyyarədaşıyan gəmisi öz göyərtəsində 40 F-35 təyyarələri saxlamağa qadir olacaq.  Misilsiz təlim və texnologiyasına rəğmən bir çox ekspertlər Brtianiyanı Çindən daha güclü dövlət hesab edir.


6.FRANSA

MALI-ELECTION/

2013-cü ildə hərbi büdcəsini 10 faiz azaltmış Fransa hələ də qlobal qüdrət statusunu saxlamaqdadır.  43 milyard dollarlıq büdcəsi ilə Fransa ələlxüsus səhraaltı Afrikada zorakılıqların azaldılmasında mühüm rol oynayır.


7.  ALMANİYA

GERMANY/
Almaniya öz hərbi qüvvələrinə yeddinci ən çox pul xərcləyən ölkə sayılır.  Hitler təcrübəsindən sonra pasifizmə qapınan Almaniyanın hərbi qüdrəti onun real iqtisadi qüdrətini əks etdirmir.  183 minlik aktiv orduya malik Almaniya 2011-ci ildə icbari hərbi mükəlləfiyyəti ləğv edərək könüllü əsasda peşəkar ordu quruculuğuna başlayıb.


8. TÜRKİYƏ

TURKEY-VICTORY DAY/
Hər il orduya 18 milyard dollar xərcləyən Türkiyə hərbi sıralamada səkkizinci yerdə gedir.  42 milyonluq potensial canlı qüvvəyə və 3600 tanka sahib olan Türkiyə say baxmdan ABŞ-dan sonra NATO-nun ikinci ən qüdrətli ordusuna malikdir.


9. CƏNUBİ KOREYA

south-korea-military-exercise-jan-2011-snow
Daim Şimali Koreyadan ardı-arası kəsilməz hədələrlə üzləşən Cənubi Koreya nəhəng hərbi qüvvə cəmləşdirib.  640 min aktiv qoşuna, 2.5 milyonluq ehtiyata malik Cənubi Koreya ordusu 2,346 tank və 1393 təyyarə ilə Asiyanın ən güclü ölkələrindəndir.  Altıncı ən iri aviasiyaya malik olan Cənubi Koreya mütəmadi qaydada ABŞ-la birgə təlimlər keçirir ki, bu da ordunu təkcə say deyil həm də keyfiyyət baxımdan effektiv edir.


10. YAPONİYA

CHINA-JAPAN/
Almaniya kimi, Yaponiyanın Dünya Müharibəsindən sonra hərbə olan iştahı əhəmiyyətli dərəcədə azalıb.  Amma son bir neçə ilə Çindən qaynaqlanan təhlükə qarşısında Yaponiya Özünümüdafiə Qüvvələri büdcə baxımdan dünyanın 6-cı ən çox pul sərf olunan hərb maşınına çevrilməkdədir.  Mükəmməl hərbi texnikaya malik Yaponiyanın 1,595 ultra-müasir təyyarəsi və 131 gəmisi var. Rəsmi Tokyo hər il hərbi qüvvələrə 49 milyard dollar xərcləyir.

11. İSRAİL
iron-dome-15
11-ci ən qüdrətli ölkə bu sıralamada ən kiçik, müqayisədə cırtdan ölkədir.  İsrailin 15 milyard dollarlıq müdafiə büdcəsi dövlətin ümummilli büdcəsinin 18.7 faizini təşkil edir.  İsrail müdafiə pulunun əsas hissəsini aviasiyaya və raketdən müdafiə sisteminə xərcləyr ki, bu da ona inkişafdan geri qalan qonşuları ilə müqayisədə ciddi üstünlük verir.

Mənbə: Jeremy Bender, The 11 Most Powerful Militaries in the World The Business Insider

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories