Tourists exercise in the water at the Santa Maria Key Resort in central Cuba“Su ətrafında olanlar üçün gümrahlaşma hissi az qala universaldır.  Məhz buna görə yay gələn kimi insanlar çimərliklərə axışır və dəniz sahilindəki evlər baha olur.”  Psychology Today jurnalının yazarı Zachary Slobigin sözlərinə görə, son araşdırmalar suyun insan sağlamlığına faydalı olduğunu göstərir.  Söhbət burada təkcə su içməkdən yox, onun dəriyə, əzələyə, böyrəklərə və ürəyə olan böyük faydasından gedir.  Amma suyun faydası təkcə fiziki səhhətə xeyirlə bitmir.  İnsan beyni üzərində tədqiqat aparan alimlər bu qənaətə gəliblr ki, suya yaxınlıq insanların həyata baxışında, dincliyində, diqqət cəmləşdirməsində, yaradcılığında, yatmaq keyfiyyətində və ümumi xoşbəxtliyində mühüm rol oynayır.

İnsanlar yeganə məxluqdurlar ki, onlar təbiətə uyğunlaşmaq əvəzinə təbiəti özlərinə uyğunlaşdırırlar.  Adamların Sibir, Skandinaviya və Amazon cəngəllikləri kimi yerlərdə məskunlaşmasının əsasında zəkanın təntənəsi durur.  Amma bütün uyğunlaşmalara rəğmən insan yaşamı təbii şəraitlə sıx bağlıdır.  Təkcə ona görə yox, landşaft, iqlim, təbii fəlakətlər insanları davamlı şəklildə təbiətlə hesablaşmağa vadar edir.  İnsanın özəyində təbiətə dərin bir bağlılıq var.  Beyin rentgenlərini nəzərdən keçirən alimlər müəyyən ediblər ki, təbiətin insan emosiyasına müsbət təsiri var.  Hətta təbiətlə ötəri təmas da insanlarda empatiya (başqasının duyğularını hiss etmək), müsbət emosiya və özündən agahlığı artırır ki, bunlar xoşbəxtliyin təməl prinsipləridir.

A French naturist jogs on the beach at sunset during his holiday at the Centre Helio-Marin naturist campsite on the Atlantic coast in Montalivet“Dəlillər göstərir ki, akvatik məkanlar istənilən başqa təbii mənzərə ilə müqayisədə daha çox xoşbəxtlik yaradır,” Slobig yazır.  2011-ci ildə tədqiqatçılar George MacKerron və Susana Mourato insanların xoşbətlik indeksini izləyən Mappiness adlı smartfon applikasiyası yaratdılar.  Bütün gün ərzində respondentlərə  ara-sıra nə etdikləri, kiminlə və harda olduqlarına dair sorğular göndərildi.  60,000 respondentdən toplanan 3,5 milyon cavab ortaya maraqlı bir nəticə çıxardı.  Mackerron deyir ki, su ətrafında olan adamların xoşbəxtlik əmsalı orta hesabla başqalarından 6 bal yuxarı idi. Bu fərq fermada, dağda yaxud meşədə olan adamların xoşbəxtlik əmsalından qat-qat böyük idi.  “Su bizim nəzərdən keçirdiyimiz təbii mühit arasında ən müsbət təsirə malik element idi,” deyə alim bildirir.

Akvatik bioloq Wallace Nichols suyun insana verdiyi sakitlik, sülh və ümumi xoşbəxtlik hisslərini ifadə etmək üçün “göy əhval-ruhiyyə” terminini icad edib.  Nichols göy əhval-ruhiyyənin effektlərini beyindəki katekolamin neyroötürücülərinin fəaliyyəti ilə izah edir.  Bu neyrokimyəvi maddələr  beyindəki stress siqnallarını tənzimləyir, onları suda rekalibrasiya edərək sayını endirir və bununla da stressi və narahatlıqları azaldır.  “Stressi azaltmağın ən yaxşı yolu tez özünü çimərliyə çatdırmaqdır,“ deyə Nichols bildirir.

Tourists lie on beach at a five-star all-inclusive resort in Varadero“Bizim akvatik mühitə bağlılığımız bəşər övladının təkamül tarixi ilə  izah oluna bilər,” Slobiq yazır.  “Su insan yaşamı üçün ən mühüm element olub, duzlu su isə həm qida mənbəyi, həm də miqrasiya limanı funksiyasını yerinə yetirib.”  Bu üzdən akvatik mühitin cazibəsi bizim əcdadlarımız üçün təbii bir fenomen olub.  Üstündən min illər keçməsinə baxmayaraq bəşər övladı suya cazibə hissini hələ də özündə saxlayır.  Belə görünür, atalar haqlı imiş: Su həqiqətən də aydınlıqdır.