Qüdrətin Sülhü

Posted September 5th, 2014 at 2:23 pm (UTC-5)
Leave a comment

pic_giant_090414_SM_HarriersRusiyanın Ukraynaya təcavüzü, İŞİD-in İraq və Suriyada qəddar edamları və dünyanın başqa guşələrində vüsət alan qarşıdurmalar sanki qlobal miqyasda bir dərəbəylik hissi yaradıb.  Bəzi siyasi təhlilçilər baş verənləri Amerikanın dominantlıq etdiyi tək-qütblü dünya düzəninin multi-qütblü düzənlə əvəzlənməsi ilə əlaqələndirir.  Başqaları fenomeni bir sıra liderlərin yaxud qrupların özbaşınalığı ilə izah edir.  Bəs özbaşınalıq nədən doğur?

“Münaqişələr çox nadir hallarda torpaq yaxud təbii resurslar uğrunda baş verir.  Rusiya əhalisi seyrək, nəhəng əraziyə malik ölkədir.  Onun Krıma yaxud əlavə Ukrayna torpaqlarına qətiyyən ehtiyacı yoxdur.  Yaxud Çin və Yaponyanın üzərində mübahisə apardıqları ada yığınağı daş-kəsəkdən ibarətdir,” Viktor Davis Hanson yazır.  “Dövlətlər daha çox olub-olmamaq müstəvisinə çıxarılan qorxuları və şərəf hissini əks etdirən simvollar uğrunda döyüşə atılırlar.”  Hanson hesab edir ki, Putini müharibəyə sövq edən başlıca amil onun qəhrəmanı Stalinin vaxtikən malik olduğu əzəməti qaytarmaq istəyidir.  Necə ki, Suriyada və İraqda baş kəsən İŞİD ekstremistləri 7-ci əsrin İslamına qayıtmağa can atırlar.

Rusiya prezidenti Vladimir Putin Ukrayna torpaqlarını işğal etməklə post-müharibə düzəninin qaydalarını dəyişib.

Rusiya prezidenti Vladimir Putin Ukrayna torpaqlarını işğal etməklə post-müharibə düzəninin qaydalarını dəyişib.

“Amma şərəf yaxud qorxu heç də həmişə müharibə ilə nəticələnmir.  Bunun üçün əlavə amil də tələb olunur,” Hanson yazır:  “Əksər təcavüzkarlar ona görə təcavüz edirlər ki, kiminsə onları dayandırmayacağına əmindirlər.  Müəllifin sözlərinə görə Adolf Hitler əmin idi ki, heç kəs onun Polşanı, Çexoslovakiyanı və Avstriyanı qamarlamasına qarşı çıxmayacaq.  Eləcə də də İraq diktatoru Səddam Hüseyn arxayın idi ki, onun hansısa cırtdan ərəb dövlətini zəbt etməsi ABŞ-ı ayağa qaldırmayacaq.  “Çəkindirmələr, ittifaqlar və qüvvə balansı arxaik anlamlar deyil.  Onlar aqressiv tərəfləri sakitləşdirməyin, yerə düşürməyin sınanmış vasitələridir,” deyə qədim dünya tarixçisi izah edir.

Hanson müharibəni kimin zəif, kimin güclü olduğunu isbata yetirən qanlı laboratoriya kimi təsvir edir.  Dövlətlər – ələlxüsus aqressiv dövlətlər – çox vaxt müharibə hesablamalarında ciddi səhvə yol verirlər.  Birinci və İkinci dünya müharibələrində olduğu kimi milyonlarla insan itksinin ardınca onlara kimin güclü, kimin zəif olduğu başa salınır.  Yalnız bundan sonra sülh bərqərar olur.  Necə ki, 50 milyon adamın ölümü almanlara, yaponlara və italyanlara anlatdı ki, onlar amerikalılardan, ingilislərdən və soverlərdən daha zəifdirlər.

Bəs əgər çəkindirmə və hərbi hazırlıq belə müdirk incilərdirsə, onda niyə demokratiyalar daim təcavüzkarlar qarşısında ləng, hazırlıqsız görünür?  Hansonun sözlərinə görə demokratiyalarda yaşayan vətəndaşlar itirməyə çox şeyləri olduğundan sülhə meylli olurlar, müharibəyə getmək istəmirlər.  “Liberal mütəffəkkirlər üçün ən çətini isə bəşər sivilizasiyasında əsrlər boyu əldə edilmiş inkişafdan sonra neandertalları daha böyük dəyənklə ram etməyin yeganə çıxış yolu olduğunu – və lazım gəldikdə bu dəyənəkdən istifadə ediləcəyini etiraf etməkdir.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories