OB-WK036_Dollar_G_20130219073815“Kral Dollar qayıdır,” iqtisadçı Larry Kudlou bəyan edir.  “Bəlkə çoxları diqqət yetirmir, amma 1990-cı illərdən bəri ilk dəfədir ki, dollar ardıcıl şəkildə qalxmaqda davam edir.  O, avronu, yeni və başqa valyutaları sürətlə ötməkdədir.  İnvestorlar Amerika iqtisadiyyatına etimad göstərirlər.”

Əlbəttə, dolların məzənnəsi ilk növbədə ABŞ iqtisadiyyatının sağlamlığının barometridir.  Prezident Ronald Reyqanın dediyi kimi, “Güclü dollar güclü Amerika deməkdir.”  Ötən əsrdə qlobal ticarətin standard pul vahidinə çevrilmiş dolların mövqeyi tarixən möhkəm olub.  Çin, Hindistan, Braziliya kimi iri ölkələrdə bazar iqtisadiyyatının inkişafı rəqabəti qızışdıra bilər, amma həlledici üstünlük hələ də Qərbdə, konkret olaraq ABŞ-da qalır.

Larry Kudlou hazırkı trendin nə qədər davam edəcəyinə əmin olmadığını etiraf edir.  Amma Wall Street Journal son 17 ildə ilk dəfədir ki, dolların doqquz həftə ardıcıl qalxmasını nikbin əlamət kimi qiymətləndirir.

“Dolların qüdrətinin ilk təsiri ABŞ səhmlərinə və qiymətli kağızlarına təlabatın artmasıdır.  Amma dolların qalxması həm də inflyasiyanın qarşısını alır və səhm bazarlarında Amerikanın başqa millətlərlə müqayisədə öncül mövqedə olduğuna işarə edir,” Kudlou izah edir.

İqtisadçının sözlərinə görə bəziləri dollara yalnız başqaları ilə müqayisədə nisbətən daha az çürük valyuta kimi baxa bilər.  Amma bu, səlis baxış olmazdı.  Belə ki, dolların qalxımı təkcə başqa valyutalarla müqayisədə deyil, qızıla nisbətdə də aydın sezilir.  2011-ci ildə unsiyası $1900-a qalxmış qızıl indi $1200-a düşüb.  Yerdə qalan $700 ABŞ dollarının qazancıdır.

Dünyanın əksər investorları pullarını qanun aliliyinin təmin olunduğu demokratik dövlətlərin pul vahidlərinə yaıtırırlar.

Dünyanın əksər investorları pullarını qanun aliliyinin təmin olunduğu demokratik dövlətlərin pul vahidlərinə yatırırlar.

Dolların güclənməsini səhm bazarlarının dinamikası ilə izah etmək olar.  Amma fundamental həqiqət dolların əsaslandığı hüquqi sistemin möhkəmliyindədir.  Birləşmiş Ştatlar mülkiyyət hüquqlarının, siyasi hüquqların konstitutsional şəkildə əsrlərdir qorunduğu bir ölkədir.  Bu isə o deməkdir ki, sənin mal-mülkünün gələcəyini hansısa diktator, kral, əmir yaxud inqilabi hökumət yox, qanun təminat altına alır.  Təsadüfi deyil ki, dünyada ən çox hörmət edilən valyutalar – dollar, yen, avro, funt sterlinq – demokratik dövlətlərin pul vahidləridir.

Siyasi azadlıqlarla iqtisadi rifahın arasındakı təmaslar özünü iqtisadi inkişaf indeksində də açıq büruzə verir.  Adambaşı gəlirə görə dünyanın ən varlı ölkələri eyni zamanda dünyanın ən azad ölkələri olur.  Azadlıq, qanun aliliyi həm də firavanlıq deməkdir.  Dolların səhm bazarında enişi-yoxuşu müvəqqəti ola bilər.  Amma güclü dollar demokratik Amerika durduqca mövcudluğunu saxlayır.