Amerikada Ali Təhsil

Posted December 3rd, 2014 at 11:55 am (UTC-5)
1 comment

Graduates in Cap and Gown“Amerika universitetlərinin ardıcılı şəkildə xaricdən tələbələr cəlb etməsi siyasi liderlərin qürur mənbəyidir,” Clair Groden The New Republic məcmuəsində yazır.  Ancaq təəssüf ki, burada ali təhsillərini bitirdikdən sonra xarici tələbələrin əksəriyyəti Amerikanı tərk etmək məcburiyyətində qalır. Təkcə ötən illə müqayisədə Amerikada xarici tələbələrin sayı 8 faiz artıb.  Ümummilli təbliğat proqramının olmamasına baxmayaraq, Amerikaya axışan xarici tələbələrin ardı-arası kəsilmir.  Son statistikaya əsasən hazırda 880 min xarici tələbə Amerikada ali təhsil alır.  Eyni zamanda ölkədə mövcud olan sərt mühacirət qanunları xaricilərin təhsillərini bitirməsindən sonra Amerikada qalıb işləməsini əngəlləyir.

“Universiteti bitirdikdən sonra Amerikada qalıb yaşamaq istəyən tələbələr kafkaesk mühacirət qanunları ilə ayaqlaşmalı, çox sayda pul, vaxt və səy sərf etməli olurlar,” Groden yazır.   Amerikada universitet diplomundan daimi yaşayış haqqı qazanmağa birbaşa yol yoxdur, deyə Brookings İnstitutunun təhlilçisi Neil Ruiz bildirir.  Hətta F-1 vizası verilərkən belə onların vətənlərinə qayıdıb orada işləyəcəyini göstərən dəlil tələb olunur.  “Biz onların universitet pulu ödəmələrini istəyirik, amma istedadlarını yox,” deyə Miçiqan Universitetinin beynəlxalq tələbələr üzrə sabiq rəsmisi Peter Briggs situasiyanı təsvir edir.

ABŞ-da təhsil alan xarici tələblərin əksər hissəsi Çin, Hindistan və Cənubi Koreyadan gəlir.

ABŞ-da təhsil alan xarici tələblərin əksər hissəsi Çin, Hindistan və Cənubi Koreyadan gəlir.

Universiteti Amerikada bitiriən xarici tələblərin neçə faizinin Amerikada qaldığı məlum deyil.  Məlum olanı odur ki, daimi yaşayış hüququna apara biləcək H-1B biznes vizasının 35 faizi F-1 vizası olan tələbələrin payına düşür. “Əlbəttə, mümkündür ki, beynəlxalq tələblərin çoxu Amerikada qalıb yaşamaq istəməsin,” deyə Claire Groden bildirir.  “Ələlxüsus Çin, Cənubi Koreya və Hindistandan gəlmiş tələbələr iqtisadiyyatın çiçəkləndiyi vətənlərinə dönürlər.  Amma o adamlar ki, qalmağı nəzərdən keçirirlər, qarşıdakı bürokratik əngəllər gözə durur.”  Hind və çinli tələbəlrin 85 faizi iş vizası alacaqlarından narahatlıqlarını ifadə edirlər.

Müəllif hesab edir ki, Prezident Barak Obamanın son mühacirət islahatları H-1B vizalarının verilməsini asanlaşdıracaq, viza sahiblərinin ailə üzvlərinə işləmək və ya iş yerlərini dəyişməyə imkan yaradacaq. Universiteti bitirdikdən sonra tələbələrə verilən OPT adlı iş tapmaq üçün sınaq müddəti uzadılacaq.  Xarici sahibkarlara biznes imkanları genişlənəcək.  Lakin fəallar H-1B vizasına qoyulan kvotaların və yaşıl kartlara qoyulan məhdudiyyətlərin ləğvini istəyirlər.  Onlar hesab edirlər ki, Amerikada işçi qüvvəsinin keyfiyyətini daha liberal mühacirət siyasəti yürütməklə artırmaq olar.

Beynəlxalq tələbələrin ABŞ iqtisadiyyatına töhfəsi ildən ilə sürətlə artır.

Beynəlxalq tələbələrin ABŞ iqtisadiyyatına töhfəsi ildən ilə sürətlə artır.

Amerika təkcə mühacirlər yox, həm də innovatorlar ölkəsidir. Müasir aviasiyadan tutmuş kompüter texnologiyasınadək son elmi irəliləyişlərin əksəriyyəti amerikalıların payına düşür.  Buna başlıca səbəblərdən biri Amerikadakı yüksək təhsil standartları və minlərlə adamın bu standartlardan yararlanma imkanlarıdır.  Dünyanın ən bacarıqlı və istedadlı insanlarını erkən yaşlarda özünə cəlb etməklə Amerika öz qüdrətini yalnız artırmış olur.  Bu amili dərk edənlər xarici tələbələrin Amerikada təhsil alıb qalmasını qısqanclıqla yox, sevinclə qarşılayırlar.

One response to “Amerikada Ali Təhsil”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories